Azərbaycanda ən çox boşanma halları BU RAYONLARDADIR

Azərbaycanda son illərdə nikahların sayında azalma, boşanmaların sayında isə artım müşahidə olunur.
Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu prosesdə Bakı öncülük edir.
Açıqlanan rəsmi məlumatlardan aydın olur ki, paytaxtda qeydiyyata alınan nikahların təxminən 72 faizi pozulur. 2024-cü ilin birinci rübü ərzində Bakıda 2 321 nikah qeydə alınıb. Bu, ölkə üzrə bağlanan nikahların 23 faizidir.
Birinci rüb ərzində qeydə alınınan boşanmaların sayı isə 1 666 olub. Ölkə üzrə cəmi boşanmaların 32,5 faizi Bakıda baş verib. Paytaxtın rayonları üzrə nikah və boşanma nisbətində ən yüksək göstərici Yasamal rayonunda (80,5 faiz), Binəqədi rayonunda (79 faiz), Nərimanov rayonunda (79 faiz) qeydə alınıb.
Pirallahı rayonunda isə nikah və boşanma sayı eyni olub. Burada 10 nikaha 10 boşanma qeydə alınıb.
Vasif