Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb? - "Telekanal rəhbərliyi..." + AÇIQLAMA

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb? -

Bir müddət əvvəl avtomobil qəzası keçirmiş Xəzər TV-nin aparıcısı Aytən Səfərovanın səhhətində irəliləyiş var. Aparıcı artıq xəstəxanadan evə buraxılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Yenisabah.az-a Aytən Səfərovanı tez-tez ziyarət edən keçmiş iş yoldaşı və rəfiqəsi məlumat verib.

 

Onun sözlərinə görə artıq teleaparıcının vəziyyəti yaxşıdır.

 

Səhhətinin yaxşılaşmağına baxmayaraq, Səfərova Xəzər telekanalındakı işinə geri dönməyib. Bunu ona telekanal rəhbərliyinin məsləhət gördüyü bildirilir.

 

Mənbə deyib ki, istintaq davam etdiyi üçün hələlik aparıcının işə geri dönməsi məqbul sayılmır.

 

Aparıcı isə baş vermiş qəzada özünün hər hansı məsuliyyətinin olmadığının istintaq nəticəsində aydınlaşacağına əmindir.

 

Xatırladaq ki, aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə Aytən Piriyevanın idarə etdiyi avtomobil toqquşub.

 

Nəticədə İsmayıl Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Quba yolunun 37-ci kilometrliyində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az məlumat verir ki, Sumqayıt ...

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...