BƏƏ Qəzza zolağına 400 ton humanitar yardım çatdırdı

BƏƏ Qəzza zolağına 400 ton humanitar yardım çatdırdı

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qəzza zolağına 400 ton ərzaq çatdırıb.

 

Sfera.az xəbər verir ki, bu barədə WAM xəbər agentliyi məlumat yayıb.

 

Göndərmə Amerikanın “American Near East Refugee Aid” QHT ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Çatdırılmış humanitar yardım partiyası Qəzza zolağının şimal hissəsinin sakinləri üçün nəzərdə tutulub və 120 minə yaxın insanı ərzaqla təmin edəcək.

 

Agentlik qeyd edib ki, 2023-cü ildə Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin gərginləşməsi başlayandan bəri BƏƏ anklava ərzaq və dərman da daxil olmaqla 31 min tondan çox humanitar yardım çatdırıb. Bundan başqa, BƏƏ Qəzza zolağında beş avtomatlaşdırılmış çörək zavodu tikib və altı duzsuzlaşdırma qurğusu quraşdırıb.


OXŞAR XƏBƏRLƏR

ABB-nin Xankəndi filialı fəaliyyətə başladı! - FOTO

Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Xankəndidə ilk bank filialının açılışı olub. ABB-nin yeni yaradılmış Xankəndi filialı müştərilərinə xidmət gös...

Rəşadət Orucova yüksək VƏZİFƏ VERİLDİ - FOTO

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Rəşadət Orucov Xankəndi şəhər prokuroru vəzifəsinə təyin edilib.    Sfera.az-a bu barədə Baş...

Boşanma zamanı qadına bu halda evdən pay düşür - Hüquqşünas AÇIQLADI

Boşanan ailələrin sayının gündən-günə artması dövrümüzün qlobal probleminə çevrilib. Bu zaman qadınları maraqlandıran məsələlərdən biri övladları olmadığı təqdi...

Quşları seyr etməyin insana xeyri varmış - Psixoloq səbəbi AÇIQLADI

Quşları seyr etmək zehni və emosional rifahı yaxşılaşdırır.   Sfera.az xəbər verir ki, Dublin RCSI Universitetində lisenziyalı psixoloq Colant B...

Dayqa Mierinya: "Latviya Azərbaycanın COP29-a ev sahibliyi etməsini alqışlayır"

Latviya Azərbaycanın bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsini alqışlay...

"İran prezidentinin etdiyi intihardır" - Xulian Röpkedən GÖZLƏNİLMƏZ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün İran Prezidenti İbrahim Rəisi və ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullahianın olduğu helikopter qəzaya uğrayıb və helik...