Nərimanovda quruyan ağaclarla bağlı AÇIQLAMA - FOTO

Nərimanovda quruyan ağaclarla bağlı AÇIQLAMA - FOTO

Bakının Nərimanov rayonu Faiq Yusifov küçəsində ağacların quruması barədə məlumat yayılıb.

 

Sfera.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. İddia olunur ki, məhz yeni tikilmiş binanın qarşısındakı ağaclar məqsədli şəkildə qurudulub.

 

Vətəndaşlar bunu həmin cərgədəki digər ağacların sağlam olması, məhz binanın qarşısına düşənlərin quruması ilə əsaslandırırlar. 

 

Problemlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi İradə İbrahimova mətbuata açıqlamasında bildirib ki, Nərimanov rayonu Faiq Yusifov küçəsində ağacların quruma səbəbini müəyyən etmək məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən araşdırma və monitorinq aparılıb:

 

“Araşdırma zamanı bəzi ağacların dibinə beton töküldüyü müəyyən edilib. Qurumuş ağacların dibindən torpaq nümunələri götürülüb. Analizlərin nəticəsinə əsasən, ağacların təbii səbəbdən, yaxud fiziki təsir nəticəsində quruduğu məlum olacaq. Əgər ağacların qurumasında insan faktoru olarsa, qanunamüvafiq tədbir görüləcək”.

 

Nazirlik rəsmisi, həmçinin bildirib ki, hazırda ağacların dibi Nərimanov rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən betondan təmizlənir.


OXŞAR XƏBƏRLƏR

MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub - FOTOLAR

İtaliyanın paytaxtı Romadakı məşhur “MAXXI” XXI Əsrin Milli İncəsənət Muzeyində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təqdim...

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açı...

Dövlət başçısı Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.   Sfer...

İlham Əliyev Ulu Öndərlə bağlı paylaşım etdi - VİDEO

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı rəsmi "Instagram" səhifəsində videoçarx paylaşıb. ...

Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-...

500-dən çox hərbçiyə mənzil verilib

2025-ci ilin geridə qalan dövründə 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib.   Sfera.az “Report”a istinadən xəbər ve...