Şahdağa qar yağdı - FAKTİKİ HAVA

Şahdağa qar yağdı - FAKTİKİ HAVA

Bu gün saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub. 

 

Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

 

Bildirilir ki, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış, Şahdağda isə qar yağıb.

 

Düşən yağıntının miqdarı Qaxda 18, Culfada 17 mm, Ordubadda 15, Şahbuzda 14 mm, Naxçıvanda 13, Gədəbəy, Sədərəkdə 10 mm, Şəki, Göygöldə 9 mm, Qəbələdə 8 mm, Şahdağda 7 mm, Astara, Şəmkir, Balakən, Oğuz, Gəncə, Göyçay, Mingəçevir, Tərtər, Qrız, Zaqatala, Cocuqmərcanlı, Tovuz, Ağdam, Qusar, Yevlax, Kürdəmir, Sabirabad, Cəfərxan, Naftalan, Şərur, Daşkəsən, İsmayıllı, Qobustan, Quba, Bərdə, Zərdab, İmişli, Lerik, Kəlvəz, Neftçalada 5 mm-dək, Bakıda və Abşeron yarımadasında 2 mm-dək olub.

 

Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Şəki, Qax, Qrız, Şahdağ, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunub.

 

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 13 dərəcəyədək, Naxçıvan MR-da 9-12, Aran rayonlarında 13-15, dağlıq rayonlarda 2-7 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyədək şaxta olub.


OXŞAR XƏBƏRLƏR

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanıldı

Mayın 9-da ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Sfera.a...

Ağdaşda bir nəfər kanalda batıb

Ağdaşda bir nəfər kanalda batıb.   Sfera.az xəbər verir ki, bu bardə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki, Nazirliyin...

Leyla Əliyeva və Arzu Əliyeva Bakıda ağacəkmə aksiyasında iştirak ediblər - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevan...

Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

Bir sıra ölkələrdə ictimai nəqliyyat vasitələrində rəqəmsal ödəniş sistemlərinin tətbiqi mümkündür. Yəni sərnişinlər əlavə kart və ya vəsait daşımağa ehtiyac ol...

MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub - FOTOLAR

İtaliyanın paytaxtı Romadakı məşhur “MAXXI” XXI Əsrin Milli İncəsənət Muzeyində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təqdim...

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açı...