Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb. 


Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl iqtisadiyyat”a keçiddə misə tələbin artmasıdır. 


Bazar iştirakçıları tələbin artması ilə bağlı optimistdirlər, çünki elektrik nəqliyyat vasitələrində, bərpa olunan enerji mənbələrində və genişləndirilən elektrik şəbəkələrində istifadə üçün qarşıdakı illərdə misə milyonlarla ton yeni tələb yaranacaq. Tələbin bu qədər artması ilə əlaqədar iri mədənlərin tikintisinə və ya genişləndirilməsina ehtiyac yaranacaq.


Misin qiyməti 10 min dollar səviyyəsinə sonuncu dəfə 2022-ci ildə yüksəlmişdi. Sonrakı dövrdə misin dəyəri 7 min dollar qədər endi. Misin qiymətində yenidən yüksəlmə 2023-cü ilin oktyabrından müşahidə olunur. 


Sənayenin bu sahəsi üzrə fəaliyyət göstərən qlobal şirkətlərin proqnozuna əsasən, artan tələbi istehsalın ödəyə bilməsi üçün misin qiyməti 12 min dollara çatmalıdır. Bu qiymət istehsalın genişləndirilməsini həvəsləndirəcək. 


Vasif


OXŞAR XƏBƏRLƏR

“Nə Bayden, nə də Tramp” – ABŞ-də yeni seçici qrupu YARANDI 

ABŞ-də prezident seçkiləri ilə bağlı yeni anket təqdim olunub.   Sfera.az bildirir ki, buna əsasən, ölkədə yenidən prezidentliyə namizəd olan Co Bayd...

Unibank kredit faizini aşağı saldı, kredit məbləğini və müddəti artırdı!

Unibank müştərilərinin üç istəyini bir məhsulda birləşdirib. Bank nağd kreditlərin faizini xeyli aşağı salıb, kreditin maksimal məbləğini və verilmə müddətini i...

ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatdı!

ABB-nin tərəfdaşlığı ilə ADA Universitetində keçirilən “Karyera Həftəsi” başa çatıb. “Karyera Həftəsi”nə ümumilikdə 137-dən çox qurum qa...

Ukrayna Rusiyaya hücum ETDİ - 6 ÖLÜ, 42 YARALI - YENİLƏNDİ

Ukraynanın Rusiyanın Belqorod vilayətinə hücumu nəticəsində xəsarət alanların sayı 42-yə çatıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Səhiyy...

Yaşayış binalarının qarşısındakı ağaclar "quruyur": Təbii hadisə, yoxsa ticarət?

Bakının Nərimanov rayonu Faiq Yusifov küçəsində ağacların quruması barədə məlumat vermişdik. Həmin məlumat sosial şəbəkələrdəki bir paylaşıma istinad edirdi. So...

Böyük Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə ÇAĞIRILDI

Böyük Britaniyanın Moskvadakı səfiri Naycel Keys Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı TASS ...