İran-İsrail qarşıdurması bu ölkənin mövqeyini GÜCLƏNDİRİR

İran-İsrail qarşıdurması bu ölkənin mövqeyini GÜCLƏNDİRİR

İsraillə İran arasında yaranan qarşıdurmada İordaniyanın regiondakı strateji mövqeyi güclənir. İordaniya həm İsraildən, həm də İrandan gələn raketləri, pilotsuz uçuş aparatlarını (PUA) vuracağını bəyan edib. 


Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, aprelin 13-də İrandan İsrailə atılan raketlərin və PUA-ların bəziləri İordaniya hava məkanında zərərsizləşdirilib. 
İordaniyanın xarici işlər naziri Ayman əs-Səfədi bildirib ki, ölkəsi İran və İsraildən buraxılan raket və döyüş təyyarələrini vurmaqda tərəddüd etməyəcək.


“İranın İsrailə qarşı əməliyyatı İordaniyanın ABŞ, Avropa və İsrail üçün hərbi, təhlükəsizlik və strateji əhəmiyyətini artırıb”. Bu fikirləri İordaniyanın Haşimi Universitetinin siyasi elmlər üzrə professoru Camal əş-Şələbi deyib. Şələbi İranın hücumundan sonra ABŞ və müttəfiqlərinin İordaniyaya hərbi və iqtisadi yardımlarını artırma ehtimalının gücləndiyini vurğulayıb. 


Professor İordaniyanın gələcəkdə Tel-Əviv və Tehran arasında vacib rol oynaya biləcəyini də deyib və sözlərini belə davam etdirib:

 

"İordaniya İsrail və İran arasında vasitəçi rolunu oynaya bilər. Düzdür, İordaniyanın İranla əlaqələri güclü və dərin deyil. Digər tərəfdən İordaniya-İsrail münasibətləri də ən pis dövrünü yaşayır. Buna baxmayaraq, əgər ABŞ istəsə, İordaniya İran və İsraillə əlaqələr qurmaqda vasitəçi ola bilər”. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Sumqayıtda güclü partlayış: ölən var

Sumqayıt şəhərində baş verən partlayışda xəsarət alan şəxs xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, hadisə saat 08:10 radələrində Corat qəsə...

Sənət dünyasının ən böyük sirli tablolarından biri: Model Türk Paşanın məşuqəsi imiş

İncəsənət dünyasının ən məşhur və eyni zamanda sirli tablolarından biri olan və sərgiləndiyi gündən bu günə qədər mübahisələrə səbəb olan “Dünyanın Mənşəy...

Fətəliyeva qələbəsini ona həsr etdi

Xəbər verdiyimiz kimi, Yunanıstanın Rodos adasında təşkil edilən qadın şahmatçılar arasında keçirilən Avropa çempionatında şahmatçımız Ülviyyə Fətəliyeva qızıl ...

Xırdalanda evlər ucuzlaşdı: Mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO

Abşeron rayonu, Xırdalan şəhərində satışa çıxarılan evlərin sayı kəskin artıb.   Sfera.az-ın məlumatına görə, elan saytlarında da müxtəlif qiymətlərə...

Sumqayıtda zavodda yanğın - YENİLƏNDİ

Sumqayıtda Aşqarlar zavodunda yanğın başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. ...

Nişan şayiələri yayılan Ledi Qaqa sevgilisi ilə birlikdə görüntüləndi - FOTOLAR

38 yaşlı amerikalı müğənni Ledi Qaqa nişan şayiələrindən sonra sevgilisi ilə birlikdə görüntülənib. Qeyd edək ki, Ledi Qaqa nadir hallarda sevgilisi ilə birlikd...