Ankarada Azərbaycan Evi AÇILDI

Ankarada Azərbaycan Evi AÇILDI

Ankarada Keçiören Bələdiyyəsinin nəzdində yerləşən Esterqon Muzeyində Azərbaycan Evi açılıb.

 

Sfera.az Report-a istinadən xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə qurulan məkanda ölkəni tanıdan bir sıra nümunələr təqdim edilib.

 

Azərbaycan və Türkiyə qardaşlığının simvolları, iki ölkənin bayraqları, dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın, ümummilli lider Heydər Əliyevin fotoşəkillərinin yer aldığı Azərbaycan Evində digər nümunələr də diqqət çəkib. Burada Azərbaycan xalçaları, milli geyimləri, seramik və çini qablarda ölkəni simvolizə edən suvenirlər, rəsm əsərləri, musiqi sənətini əks etdirən tar, kaman, saz, qaval, balaban və ölkə haqqında məlumat lövhələri, kitablar yer alıb.

 

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib ki, daxilində kiçik bir kitabxana yerləşən Azərbaycan Evi daha da böyüyəcək: "Biz daim oraya yeni eksponatlar, kitablar, Azərbaycanı tanıdan əşyalar gətirəcəyik və yeniləyəcəyik. Turqut Altınok harada varsa, orada türk dünyası fəaliyyətləri, xüsusilə Azərbaycanla bağlı aktiv işlər görülməkdədir. Odur ki, qarşıda Turqut Altınokla daha çox işlərimiz olacaq. Daha böyük muzeylər, Azərbaycan evləri quracağıq”. O, Azərbaycan Evinin açılmasında göstərdiyi dəstəyə görə Turqut Altınoka minnətdarlıq edib.

 

Keçiörən bələdiyyəsinin sədri, Ankara Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizəd Turqut Altınok isə çıxışına Atatürkün sözləri ilə başlayıb: “Atatürk 1931-ci ildə deyirdi ki, qonşumuz olan SSRİ bir gün dağılacaq və dini, dili bir olan türk qardaşlarımız həmin günlərə hazır olmalıdır. “Türkün göz yaşı qapısı” adlandırılan Zəngəzur isə gün gələcək açılacaq. Zəngəzur dəhlizinin açılışı ilə türk dünyasının daha da böyüyəcəyini səbirsizliklə gözləyirik. Çünki Atatürkün də söylədiyi kimi, Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir”.

 

T.Altınok deyib ki, Azərbaycan və Türkiyə hər zaman xalq, ölkə olaraq bir-birinin yanında olublar: "Birliyimiz, qardaşlığımız çox önəmlidir. Azərbaycan Evinin “Esterqon Türk Mədəniyyət Mərkəzində açılması bizim üçün böyük əhəmiyyət kəsb edir. Əlbəttə ki, Ankara Böyükşəhər Bələdiyyəsinə sədr seçildiyimdə daha böyük Azərbaycan Evi açacağıq. Azərbaycan səfirliyinə də bu məsələdə fəallığı ilə əlaqədar təşəkkür edirəm”.

 

Tədbirdə Azərbaycan Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı, Tacikistanın Türkiyədəki konsulu Abdurrahmoni Mahmadullo, Qırğızıstanın Türkiyədəki səfirliyinin əməkdaşı Aziz Kiştobayev, dərnək rəhbərləri, media nümayəndələri və yerli sakinlər iştirak ediblər.


OXŞAR XƏBƏRLƏR

Bu, yaşlanmanı sürətləndirir - ARAŞDIRMA

Pekin Universitetinin Təməl Tibb Elmləri Məktəbinin alimləri aşkar ediblər ki, antikor yığılması erkən qocalma üçün hərəkətverici qüvvədir.   Sfera.az...

DİM-dən yayda keçiriləcək imtahanlarla bağlı QƏRAR

Dövlət İmtahan Mərkəzi mayın 5-də və daha sonrakı tarixlərdə (dövlət qulluğu ilə bağlı 12 mayda olan imtahanlar istisna olmaqla), eləcə də iyun, iyul və avqust ...

Aktrisadan “Cennet Mahallesi” ilə bağlı AÇIQLAMA: "Gördüm ki, onlar..." - FOTO

Türkiyənin məşhur aktrisası Melek Baykal Müjdat Gezenin "YouTube" proqramında qonaq olub.   Sfera.az xəbər verir ki, aktrisa 2004-2007-ci ...

Ceyhun Bayramov Qətərə işgüzar səfərə YOLA DÜŞDÜ

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qətərə işgüzar səfərə yola düşüb.   Bu barədə Sfera.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat...

Qazaxda mina partlayışı OLDU, XƏSARƏT ALAN VAR

Hərbi qulluqçunun mina partlayışı nəticəsində xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.   Bu barədə Sfera.az-a Baş Prokurorluqdan bildirilib...

Bakının məşhur restoranında ÖLÜM: Rəqs edərkən... - TƏFƏRRÜAT

Bakının məşhur restoranında 73 yaşlı şəxs qəflətən ölüb.   Sfera.az xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata əsasən, hadisə "Ay İşığı"...