İsveçrədə qəzada ölən azərbaycanlı gənc barədə YENİ MƏLUMAT - YENİLƏNİB - VİDEO - FOTO
17:38
İsveçrədə avtomobil qəzasında ölən azərbaycanlı gənc barədə yeni məlumatlar məlum olub.
Sfera.az APA-ya istinadən xəbər verir ki, dünən qəzada ölən 23 yaşlı Azər Yaqubov "AzAL" QSC-nin Moskvadakı nümayəndəliyinin keçmiş rəhbəri Mahir Yaqubovun oğludur.
Avtomobil qəzası dünən İsveçrənin Tiçino kantonunda baş verib. Azər Yaqubovun idarə etdiyi "BMW X6" markalı avtomobili Luqano gölünə düşüb. Nəticədə sürücü və yanındakı xanım sərnişin ölüb.
Rusiya mətbuatı Azər Yaqubovun sərnişinin rusiyalı iş adamı Platon Lebedevin nəvəsi, Azər Yaqubovun isə Rusiya Nazirlər Kabinetinin hüquq departamentinin idarə rəisi Sübhi Şıxlinskinin bacısı oğlu olduğunu yazıb.
Azər Yaqubovun İsveçrədə təhsil aldığı bildirilir.
----------
15:23
İsveçrdə 23 yaşlı azərbaycanlı gənc, Rusiya hökumətinin yüksək vəzifəli məmuru Sübhi Şıxlinskinin qohumu Azər Yaqubovla birlikdə qəzada həlak olan Diana Lebedeva vaxtilə Paris yaxınlığında qəzada həlak olan şahzadə Diananın adını özünə ləqəb seçibmiş.
Sfera.az virtualaz.org-a istinadən xəbər verir ki, Mixail Xodorkovskinin ortağı olan və 10 ildən çox həbsdə yatan biznesmen Platon Lebedevin nəvəsi olan Diana Lebedevanın İnstaqram psevdonimi "Ladydd11" (Ledi Diana) olub. İndi sosial şəbəkə iştirakçıları kədərlə qeyd edir ki, 19 yaşlı bu gözəl qız şahzadə Diananın taleyini təkrarladı.
İsveçrə KİV-lərinin xəbərlərinə görə, qəza Luqano gölü sahilindən Cenevrəyə gedən dağ yolunda baş verib. Azər Yaqubovun idarə etdiyi elit krossrover (BMW X6) yolun kənarındakı dəmir baryeri sındıraraq gölə düşüb. Ehtimal olunur ki, qəzaya yüksək sürətlə yanaşı yolun buz bağlaması da səbəb olub və avtomobil idarəetmədən çıxıb.
"Baş sağlığı verirəm...ancaq akkauntu avtoqəzada həlak olan şahzadə Diananın adından götürmək!?!...dərk etmədən həmin finala doğru gedib", - İnstaqram istifadəçilərindən biri Diana Lebedeva ilə bağlı yazır.
İstifadəçilər daha bir mistik detala diqqət çəkirlər: şahzadə Diananın 1997-ci ildə sevgilisi ilə birlikdə qəzada həlak olmasından düz 19 il keçmiş 19 yaşlı "Lady Diana" eyni ssenari ilə həlak oldu.
----------
13:49
Rusiyanın YUKOS neft şirkətinin (artıq ləğv edilib) keçmiş sahibi Mixail Xodorkovskinin ortağı, biznesmen Platon Lebedevin nəvəsi azərbaycanlı məmurun oğlu ilə İsveçrədə baş vermiş avtomobil qəzasında həlak olub.
Sfera.az virtualaz.org-a istinadən xəbər verir ki, Diana Lebedeva qəza zamanı avtomobildə Rusiya hökumətinin hüquq departamentinin idarə rəisi Sübhi Şıxlinskinin 23 yaşlı qohumu Azər Yaqubovla birlikdə olub.
Xəbərə görə gənclərin içərisində olduğu avtomobil Cenevrə gölünə düşüb, avtomobili bir neçə saatdan sonra tapmaq mümkün olub. Artıq Yaqubovun qohumları cəsədin tanınması prosedurunda iştirak etmək üçün İsveçrəyə yola düşüblər. Valideynlərinin bildirdiyinə görə, Azər Yaqubov 9 yaşından İsveçrənin Luqano şəhərində yaşayırdı və magistraturanın birinci kursunda oxuyurdu. Atasının dediyinə görə, Azər heç vaxt spirtli içki içən olmayıb. Onun Diana ilə dostluq münasibətlərinin olduğu bildirilir. Cəsədlərin tezliklə Rusiyaya gətiriləcəyi gözlənilir.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: