Jurnalistlərə "Şeyxülislam" mükafatı veriləcək

Jurnalistlərə
 
Jurnalistlərin təkliflərinə, fikirlərinə böyük ehtiyacı var.

Sfera.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün "Milli mənəvi dəyərlər və KİV” mövzusunda jurnalistlər üçün təlimlərin açılışında deyib.

Onun sözlərinə görə, Azərbaycanda dövlət ilə din arasında yüksək münasibətlər mövcuddur və bu münasibətlərin qurulmasında mətbuatın da böyük rolu var:

"Mən artıq jurnalistlər üçün "Şeyxülislam mükafatı"nın təsis olunması ilə bağlı tapşırıq vermişəm. Bu mükafat jurnalistlərə milli-mənəvi dəyərlərlə bağlı yazılarına görə veriləcək”.

Azərbaycanda dindarlar üçün yeni moizələr kitabının nəşr olunacağını deyən Şeyx bildirib ki, artıq bir moizələr kitabı çapdan çıxıb və ikinci möizələr kitabının çapına hazırlıq görülür.


OXŞAR XƏBƏRLƏR