İlham Əliyev Füzulidə Tokayevi qarşıladı - FOTO

İlham Əliyev Füzulidə Tokayevi qarşıladı - FOTO

Azərbaycan Respublikasında dövlət səfərində olan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev martın 12-də Füzuli rayonuna gedib.

 

Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılayıb.


OXŞAR XƏBƏRLƏR