Lerikdə dağ uçdu, qaya parçaları yolu BAĞLADI
![Lerikdə dağ uçdu, qaya parçaları yolu BAĞLADI](https://sfera.az/photo/orginal/2024/05/17/1715954151_2c553ecd-7849-34a4-b46e-1bcd61451399_850.jpg)
18:00 / 17.05.2024
5088
Lerikdə dağda baş verən uçqun nəticəsində qaya parçaları yolu bağlayıb.
Sfera.az-ın məlumatına görə, hadisə Lerik rayonunun Çayrud kəndində olub.
Belə ki, dağdan qopan qaya parçaları rayon mərkəzindən 18 kilometr məsafədə yerləşən kəndin yolunu bağlayıb.
Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun bildirdiyinə görə, hazırda əraziyə ağır texnikalar cəlb olunub, yolun açılması istiqamətində işlər görülür.
Günün sonuna kimi yolun açılması nəzərdə tutulub.(Report)