Slovakiya Prezidenti sui-qəsdə uğrayan Baş nazirdən DANIŞDI: \"Kritik saatlar...\" 

Slovakiya Prezidenti sui-qəsdə uğrayan Baş nazirdən DANIŞDI: \

Slovakiya Prezidenti Peter Pelleqrini “Pravda” nəşrinə müsahibəsində Baş nazir Robert Fitsonun yeni əməliyyata girməyəcəyini bildirib.


Sfera.az xəbər verir ki, P.Peleqrini mayın 20-də həkimlərin iclas keçirəcəyini və iclasda Baş nazirin başqa xəstəxanaya köçürülməsi ilə bağlı qərar verəcəklərini deyib. Pelleqrini həmçinin Fitsonu qarşıda kritik saatların və günlərin gözlədiyini qeyd edib. Prezident bildirib ki, həkimlər icazə versə, Fitsonu yenidən ziyarət edəcək. Prezident sui-qəsddən sonra Fitsonun xəstəxanaya aparıldığı zaman huşunun yerində olduğunu və baş verənləri bütünlüklə xatırladığını da vurğulayıb.

 

Qeyd edək ki, Fitsoya sui-qəsd mayın 15-də edilib. Baş nazir kabinet iclasından sonra küçədə tərəfdarları ilə danışıb. 71 yaşlı yazıçı Juraj Cintula tapança ilə siyasətçiyə 5 dəfə atəş açıb. Yazıçı saxlanılıb və sui-qəsdi hökumətin qərarlarından narazı qaldığı üçün etdiyini bildirib. Baş nazir sinəsindən, budundan və mədəsindən yaralanıb, helikopterlə Bratislavadakı xəstəxanaya aparılıb.

 

Əzizə 


OXŞAR XƏBƏRLƏR

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...

Sumqayıtda arvadını öldürən kişi TUTULDU

Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvə...

Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO

Bu gündən Azərbaycanda qadınlar üçün pensiya yaşı 6 ay artırılır. Pensiya yaşı 64 il 6 ay olacaq. 2027-ci il iyulun 1-dək isə qadınların da pensiya yaşı kişilər...