Makronun bu çıxışı TƏKZİB OLUNDU – NATO rəsmisindən AÇIQLAMA

“Qərbin xüsusi təyinatlıları artıq Ukraynadadır. Lakin bu, rəsmi olaraq açıqlanmır”.
Sfera.az bildirir ki, bu fikirləri “Financial Times” adı açıqlanmayan mənbəyə istinadən yazıb. Qeyd olunub ki, bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron NATO qoşunlarının Ukraynaya göndərilməsinə icazə verib. Lakin bu çıxış həm Avropada, həm də Rusiyada kifayət qədər kəskin reaksiyaya səbəb olub.
Nəşrin məlumatına görə, Fransa Xarici işlər naziri Stefan Sejournet Qərb hərbçilərinin orada döyüş missiyalarının olmadığını bildirib. Ölkənin müdafiə naziri Sebastyan Lekornu isə Rusiya ilə müharibə etmək niyyətinin olmadığını əmin edib.
“Hər kəs bilir ki, Ukraynada Qərb xüsusi təyinatlıları var, onlar bunu rəsmi olaraq açıqlamayıblar”, - yüksək rütbəli Avropa hərbi rəsmisi nəşrə deyib.
Onun sözlərinə görə, Makron bu məlumatı Rusiya ilə bağlı qeyri-müəyyənlik yaratmaq üçün yayıb.
“Belə planlar yoxdur, baxmayaraq ki, Ukraynaya dəstək davam edəcək”, - NATO nümayəndəsi Makronun çıxışını təkzib edib.
Xatırladaq ki, bazar ertəsi Fransa lideri Kiyev rejiminə gələcək yardımı müzakirə etmək üçün həmkarlarını bir araya toplayıb.
Günay