Dünyanın ən təhlükəsiz cənnət məkanı - Çilidə 35 milyon dollara ada satılır

Dünyanın ən təhlükəsiz cənnət məkanı - Çilidə 35 milyon dollara ada satılır

Virgin adası 35 milyon dollara satışa çıxarılıb.

Sfera.az bildirir ki, Çilinin Pataqoniya şəhərində yerləşən ada Manhettendən yeddi dəfə böyük adadır. Adanın dəyəri 35 milyon dollardır. Bu insan əli dəyməmiş adaya yalnız qayıq və ya helikopterlə çatmaq olar. Təbii ehtiyatlarla zəngindir. Apokalipsisdən gizlənmək üçün mükəmməldir. İndi Mark Zukerberq və Sem Altman kimi dünyanın hər yerindən zəngin insanlar X saatına hazır olmaq üçün bunkerlər və virtual qalalar tikirlər. Buna görə də bazardakı adanın yəqin ki, öz alıcısını gözləməsi uzun sürməyəcək.

Torpaq sahəsi tam baxımsız vəziyyətdədir və əhalinin az məskunlaşdığı rayonun ortasında yerləşir.

110.000 hektardan çox ərazini əhatə edən adaya yalnız qayıq və ya helikopterlə daxil olmaq mümkündür.

 



Virgin Adası 150 mil sahil xətti, şirin su gölləri və yamyaşıl meşələri ilə Sakit Okeanın cənubunda, Çilinin Aysen bölgəsində yerləşir.
 

Ada qiyamət gününə hazırlaşan və potensial nüvə hücumundan qaçmaq istəyənlər arasında inanılmaz dərəcədə populyardır.
 

Öz geostrateji mövqeyinə və neytrallıq tarixinə görə, Çili nüvə təhlükəsi ilə ən az üzləşən ölkələrdən biridir ki, bu da gözdən uzaq, könüldən iraq ərazini ən ideal təhlükəsiz sığınacaq halına gətirir.
 

Üstəlik, bölgəyə xarakterik olan küləklər və cərəyanlar nüvə tullantılarının Pataqoniyaya yayılma ehtimalını azaldır. Çox uzaqda olduğuna görə ada hücum hədəfi ola biləcək hər hansı ərazidən bir neçə mil də uzaq məsafədədir.
 

Adanın ölçüsü Honq-Konqun yarısı, Manhettendən isə təxminən yeddi yarım dəfə böyükdür.

 

Cəngəlliklərdən və dərin vadiləri olan yüksək dağlardan ibarətdir. Burada okeandan təcrid olunmuş üç böyük göl və 80-dən çox laqon var.

Ekosistemin müxtəlifliyi onu ətraf mühit dəyişikliyinə dözümlü edir və ada əbəs yerə "planetin əsas ağciyəri" hesab olunmur.
 

Adanın çox hissəsi flora üçün əlverişli torf bataqlıqları ilə örtülmüşdür. Beynəlxalq Torf Cəmiyyəti tərəfindən ən böyük "yerüstü bataqlıq" olaraq təyin olunan bu torf əraziləri ən böyük təbii yerüstü karbon anbarları kimi də tanınır.
 

Adada şirin suları və istixana qazlarını saxlayan böyük bataqlıq ərazilər də var.

Adanı 35 milyon dollara alacaq gələcək sahibi adaya asanlıqla gedə bilər. Bunun üçün Çiliyə yaxın məsafədə yerləşən Balmaceda hava limanına uçmalı, sonra şəxsi qayıq və ya helikopterlə Vircin adasına davam etmək olar.


Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR