Yarım yeyilmiş sendviçə görə işdən çıxarıldı

Yarım yeyilmiş sendviçə görə işdən çıxarıldı

39 yaşlı təmizlikçi və tək ana Qabriela Rodriguez tuna sendviçi yediyi üçün təmizlik şirkətindən qovulub. Qadının şirkətdə işlədiyi iki il müddətində qüsursuz reputasiyaya malik olması belə, rəhbərliyi razı salmayıb.


Bundan sonra hər şey daha kütləvi hal almağa başlayıb. Həmkarları dəstək yürüşləri təşkil ediblər.
 

Sfera.az bildirir ki, əllərində “Çirk deyilik, təmizliklə məşğuluq” yazılı lövhələr tutan həmkarlar ittifaqı üzvləri şirkətin ofisi qarşısında piket keçirərək yoldan keçənlərə sendviç paylayıblar.


Qeyd edək ki, hadisə Qabrielanın tədbirdən sonra təmizlik etmək üçün gəldiyi hüquq firmasının ofisində baş verib. Qadın stolun üstündə qəlyanaltılar da daxil olmaqla yemək qalıqlarını görüb və bir ədəd tuna sendviçi götürüb. Bundan sonra “Total Clean” rəhbərliyi onu oğurluqda ittiham edərək işdən çıxarıb.
 

Bu, Rodrigesin də üzvü olduğu miqrant işçiləri birləşdirən UVW həmkarlar ittifaqının qəzəbinə səbəb olub. Təşkilat üzvləri hətta ofisin qarşısında “Sendviçə görə də insan atəşə tutular?” yazısı ilə plakatlar qaldıraraq piket keçiriblər. İşçilər "Biz kir deyilik - təmizləyirik" pankartları açıblar, həmçinin yoldan keçənlərə tuna və digər sendviçlər paylayıblar.


Fəallar Həmkarlar Konfederasiyasına:
 

"Bir işçinin ton balığı və xiyarlı sendviç qalıqlarını yediyinə görə işdən çıxarılması heç bir məntiqə sığışmır. Bu, miqrantlara qarşı ayrı-seçkilik münasibətini nümayiş etdirir"-açıq məktubla müraciət ünvanlayıblar.
 

Həmkarlar ittifaqı Qabriela Rodriguezin işə yenidən bərpa edilməsi üçün mübarizəni davam etdirəcəyinə söz verib.
 

Öz növbəsində, “Total Clean” rəhbərliyi isə Qabrielanın hərəkətlərinin qanunsuz olduğuna təkid edir. Şirkət rəhbəri Qrem Petersenin dediyinə görə, təmizlikçi xanım işinin sonunda sendviçi mətbəxdə tapıb və şirkət qaydalarını pozaraq icazəsiz yeyib. Qadına izahat yazdırılıb, işçinin arqumentləri ona o qədər də inandırıcı görünməyib.


Qabriela Rodriguez hadisəsi işçilərin hüquqları və işəgötürənlərin öhdəlikləri ilə bağlı geniş ictimai müzakirələrə səbəb olub. İşdən çıxarılan təmizlikçinin maraqlarını təmsil edən həmkarlar ittifaqı onun bərpası və bütün sənaye işçilərinin hüquqları uğrunda mübarizəni davam etdirəcəyinə söz verib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR