İlondan Ukrayna savaşı ilə bağlı MÜHÜM AÇIQLAMA: “Əslində bir il əvvəl...” 

İlondan Ukrayna savaşı ilə bağlı MÜHÜM AÇIQLAMA: “Əslində bir il əvvəl...” 

Milyarder iş adamı İlon Maskın Ukrayna savaşı ilə bağlı son açıqlaması müzakirə obyekti olub.

 

Sfera.az bildirir ki, iş adamı həm də ABŞ hakimiyyətini hədəf alıb. O qeyd edib ki, Ukraynada münaqişə bir il əvvəl bitməli idi. Mask Ukraynadakı münaqişəni “ətçəkən maşın” adlandırıb.

 

“Bu “ətçəkən maşını” dayandırmağın vaxtıdır. Əslində bir il əvvəl edilməli idi”, –o, “X” sosial şəbəkəsində yazıb.

 

Son günlər milyarder ABŞ hakimiyyətinin hərəkətlərini fəal şəkildə tənqid edir.

 

Məsələn, o, Rusiya prezidenti Vladimir Putinin jurnalist Taker Karlsona verdiyi müsahibədən sonra ABŞ-nin dollardan silah kimi istifadə etməyə başlamasını qınayıb və bununla həddin aşıldığını vurğulayıb.

 

Günay


OXŞAR XƏBƏRLƏR