Zelenski Zalujnıya Ukrayna Qəhrəmanı adı verdi

Zelenski Zalujnıya Ukrayna Qəhrəmanı adı verdi

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnıya Ukrayna Qəhrəmanı adı verib.

 

Sfera.az xəbər verir ki, müvafiq fərman Ukrayna Prezidentinin saytında dərc olunub.

 

“Ukraynanın dövlət suverenliyinin və ərazi bütövlüyünün qorunmasında müstəsna şəxsi xidmətlərinə, Ukrayna xalqına fədakar xidmətə görə, general Valeri Fedoroviç Zalujnıya “Qızıl Ulduz” ordeni ilə Ukrayna Qəhrəmanı adının verilməsini qərara alıram”, - fərmanın mətnində deyilir.

 

Xatırladaq ki, Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı ötən gün istefa verib. Bundan sonra Ukrayna Prezidenti Volodimir Zelenski onunla görüşüb, iki il ölkəni müdafiə etdiyinə görə təşəkkür edib. Dövlət başçısı eyni zamanda ona komandada qalmağı da təklif edib. 

 

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırski respublika silahlı qüvvələrinin yeni baş komandanı təyin edilib.


OXŞAR XƏBƏRLƏR

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açı...

Dövlət başçısı Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.   Sfer...

İlham Əliyev Ulu Öndərlə bağlı paylaşım etdi - VİDEO

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı rəsmi "Instagram" səhifəsində videoçarx paylaşıb. ...

Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-...

500-dən çox hərbçiyə mənzil verilib

2025-ci ilin geridə qalan dövründə 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib.   Sfera.az “Report”a istinadən xəbər ve...

Dövlət rəsmiləri Heydər Əliyevin məzarını ziyarət etdilər

Ulu öndər, Azərbaycanın eks-prezidenti Heydər Əliyev anadan olmasının 102-ci ildönümündə hörmətlə anılır.   Sfera.az xəbər verir ki, dövlət qurumları...