Putinin Türkiyəyə səfəri təxirə salındı

Dünya
20:44 / 07.02.2024
9259
Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri qeyri-müəyyən müddətə təxirə salınıb.
Sfera.az xəbər verir ki, buna hər iki liderin iş qrafikindəki uyğunsuzluqlar səbəb olub.
Xatırladaq ki, səfər fevralın 12-də baş tutmalı idi. Səfər zamanı enerji sektoru, taxıl dəhlizi, Qəzza zolağı və Suriyadakı vəziyyətlə bağlı əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılırdı.