Zəngilanlılar Zəfər seçkisində sevinc və qürur hissi ilə iştirak edirlər - Məntəqə sədri

Zəngilanlılar Zəfər seçkisində sevinc və qürur hissi ilə iştirak edirlər - Məntəqə sədri

Bu gün bizim üçün tarixi bir gündür. Çünki ilk dəfədir ki, erməni işğalından azad edilmiş torpaqlarımızda seçkilər keçirilir. Məntəqəmiz Zəngilan rayonunun Alıbəyli kəndindəki "Dost Aqropark''ın inzibati binasında yerləşir. Hazırda seçki prosesi qanunvericiliyə uyğun və yüksək seçici fəallığı ilə davam edir.

 

Sfera.az xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 61 saylı məntəqəsinin sədri Gülnaz Mahmudova bildirib.

 

O vurğulayıb ki, qeydiyyatda olan seçicilər səs vermək üçün aktiv şəkildə məntəqəyə gəlirlər: "İnsanlar sanki bayram sevinci içərisindədirlər. Otuz ildən sonra əbədi olaraq öz doğma yurdlarına qayıtmış zəngilanlılar Zəfər seçkisində sevinc və qürur hissi ilə iştirak edirlər".


OXŞAR XƏBƏRLƏR