"Biz də onlardan əsir götürək"

 
Ötən ilin iyul ayında Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb. Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. 

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə” qurublar. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Azərbaycan tərəfinin çağırışlarına baxmayaraq, işğalçı ölkə girovları hələ də geri qaytarmayıb.

Bəs, girovların azad edilməsi üçün hansı addımlar atılmalıdır? 

Millət vəkili Elman Məmmədov AzVision.az-a bildirib ki, Qırmızı Xaç Komitəsi və digər beynəlxalq təşkilatlar erməni girovluğunda olan günahsız azərbaycanlıları düşməndən alıb, bizə qaytaran deyil: "Hesab etmirəm ki, düşmən azərbaycanlı girovları bizə könüllü qaytaracaq. Girovları qaytarmaq üçün bir yolumuz var. Biz düşmən tərəfdən onların dəyər verdiyi mülki və hərbi şəxslərdən kimisə girov götürüb ölkəmizə gətirməliyik. Bunun müqabilində girovlarımızı dəyişdirməliyik. Kimsə düşünürsə ki, düşmən "humanistlik göstərib azərbaycanlı girovları azad edəcək, onlar yanılırlar. 

Ümid etsək ki, beynəlxalq təşkilatların gücü ilə girovlarımızı azad edəcəyik, mən belə bir beynəlxalq təşkilat tanımıram. Necə ki, bu günə qədər bu istiqamətdə bir iş görməyiblər, bundan sonra da ciddi iş görəcəkləri gözlənilmir.Yeganə yol girovları kiminləsə dəyişməkdir. Düşmənin dəyər verdiyi hərbiçi əsir götürsək, ermənilər məcbur qalıb, Kəlbəcər girovlarını geri qaytaracaq. Burada ac-yalavac ermənidən söhbət getmir. Belə ermənilər onsuz da ağ bayraq götürüb, bizim tərəfə keçir. Hesab edirəm ki, başqa yolumuz yoxdur”. 


OXŞAR XƏBƏRLƏR

MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub - FOTOLAR

İtaliyanın paytaxtı Romadakı məşhur “MAXXI” XXI Əsrin Milli İncəsənət Muzeyində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təqdim...

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açı...

Dövlət başçısı Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.   Sfer...

İlham Əliyev Ulu Öndərlə bağlı paylaşım etdi - VİDEO

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı rəsmi "Instagram" səhifəsində videoçarx paylaşıb. ...

Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-...

500-dən çox hərbçiyə mənzil verilib

2025-ci ilin geridə qalan dövründə 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib.   Sfera.az “Report”a istinadən xəbər ve...