Sosial mənzillər hansı şəhərlərdə olacaq?

Sosial mənzillər hansı şəhərlərdə olacaq?

"Hazırda Yasamal rayonu ərazisində tikilən komplekslə yanaşı, Bakıda 2-ci belə kompleksin inşası də planlaşdırılır və bu, çox güman ki, şəhərin ətrafında olacaq”. 
Sfera.az Fins.az-a istinadən xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinin rəhbəri Samir Nuriyev bildirib.
Onun sözlərinə görə, artıq agentlik paytaxtın ətrafındakı bəzi sahələrə baxış keçirib və yerlərin seçilməsi ilə məşğuldur.
Eyni zamanda Sumqayıt, Gəncə, Lənkəran və Masallı rayonlarında da sosial mənzillərin tikintisi üçün sahələrə baxılır. Agentlik rəhbəri bildirib ki, sosial mənzillərə ehtiyacı olanlar arasında sorğu keçirməklə evlərin tikintisi üçün yerlər də seçiləcək: "Evləri elə yerlərdə tikmək istəyirik ki, vətəndaşlara uyğun olsun. 
İlk öyrəndiyimiz rəylər odur ki, belə evlər Bakının ətrafında olsun. Ona görə də ikinci layihəmiz də, çox güman ki, Bakının ətrafında olacaq”.



OXŞAR XƏBƏRLƏR

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanıldı

Mayın 9-da ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Sfera.a...

Ağdaşda bir nəfər kanalda batıb

Ağdaşda bir nəfər kanalda batıb.   Sfera.az xəbər verir ki, bu bardə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki, Nazirliyin...

Leyla Əliyeva və Arzu Əliyeva Bakıda ağacəkmə aksiyasında iştirak ediblər - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevan...

Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

Bir sıra ölkələrdə ictimai nəqliyyat vasitələrində rəqəmsal ödəniş sistemlərinin tətbiqi mümkündür. Yəni sərnişinlər əlavə kart və ya vəsait daşımağa ehtiyac ol...

MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub - FOTOLAR

İtaliyanın paytaxtı Romadakı məşhur “MAXXI” XXI Əsrin Milli İncəsənət Muzeyində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təqdim...

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açı...