Təqaüdçülərə şad xəbər

Təqaüdçülərə şad xəbər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların səviyyəsi noyabr ayı üzrə də əmək pensiyalarının maliyyələşdirilməsinin vaxtından əvvəl başa çatdırılmasına imkan verib 

Sfera.az xəbər verir ki, bu barədə modern.az-a nazirliyin mətbuat katibi Elman Babayev məlumat verib. Bildirib ki, Fondun mərkəzi xəzinə hesabından əmək pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin müəyyən olunmuş qrafikdən əvvəl yerli orqanların hesablarına köçürülməsi təmin olunub. Ümumiyyətlə, il ərzində nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların səviyyəsi pensiya və müavinətlərin müəyyən olunmuş qrafikdən əvvəl maliyyələşdirilməsinə şərait yaradıb. 

Cari ilin yanvar-oktyabr aylarında Fondun gəlirləri 2015-ci ilin müvafiq dövrünə nisbətən 8,24 faiz artaraq 2631,08 mln. manata yüksəlib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,55 faiz artaraq 1533,69 mln. manata çatıb. Qeyri-büdcə sektorundan daxilolmalar sosial sığorta haqlarının 64,21 faizini və ya 984,86 mln. manatını təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,5 faizədək çoxdur. Qeyd olunan davamlı artım 2016-cı ilin ötən dövründə əmək pensiyalarının maliyyələşdirilməsinin hər ay qrafikdən əvvəl yekunlaşmasına imkan yaradıb.

2016-cı il 1 noyabr tarixinə olan məlumata əsasən, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 312 min nəfərdir. Əmək pensiyalarının orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 7,6 faiz artaraq 191,15 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 212,50 manata çatıb.



OXŞAR XƏBƏRLƏR

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açı...

Dövlət başçısı Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.   Sfer...

İlham Əliyev Ulu Öndərlə bağlı paylaşım etdi - VİDEO

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı rəsmi "Instagram" səhifəsində videoçarx paylaşıb. ...

Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-...

500-dən çox hərbçiyə mənzil verilib

2025-ci ilin geridə qalan dövründə 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib.   Sfera.az “Report”a istinadən xəbər ve...

Dövlət rəsmiləri Heydər Əliyevin məzarını ziyarət etdilər

Ulu öndər, Azərbaycanın eks-prezidenti Heydər Əliyev anadan olmasının 102-ci ildönümündə hörmətlə anılır.   Sfera.az xəbər verir ki, dövlət qurumları...