Fərəhin anası fəryad etdi – FOTO

Fərəhin anası fəryad etdi – FOTO

 

"Fərəh gözəl və ağıllı qız idi. Həyata inanırdı”. 

Bunu AzNews.az-a açıqlamasında Səbail rayon 6 nömrəli tam orta məktəbin direktor müavini Arzu Vəliyeva 12 yaşlı Fərəh Yaqubovanın ölümünə aydınlıq gətirərkən bildirib.

A.Vəliyevanın sözlərinə görə, həyata inamı böyük olan bir şagirdin intiharından belə söhbət gedə bilməz:

"Fərəh gözəl və ağıllı qız idi. Həyata inanırdı. Heç bir halda mən buna inanmıram. Bütün uşaqlar şokdadır. Uşaqların bu ölümə inanmaqları gəlmir. Anlaya bilmirik ki, bu, necə baş verib. Fərəhin məktəbdə davranışında heç bir qüsur yox idi. Onun simasında həyata gözəl ümid və baxış vardı”. 

Məktəb rəsmisinin fikrincə, F.Yaqubova məktəbdə təhsil alan şagirdlərin heç birindən geri qalmırdı: 

"Biz Fərəhi tanıyırıq. Hamı onu çox istəyirdi. Onun ölümünə don geyindirmək olmaz, axı o biri şagirdlər də yazıqdır. O, körpə, mələk idi. Bizim məktəbdə atasız uşaqlar təhsil ala bilməz?”.

A.Vəliyeva balası əlindən gedən ananın vəziyyətinin çətin olduğunu vurğulayıb.

Qeyd edək ki, Fərəhin anası Şahnaz Əliyeva sosial şəbəkədə övladının vaxtsız ölümü ilə bağlı fəryad edib. 

Noyabrın 16-da Səbail rayon 6 nömrəli tam orta məktəbin şagirdi, 12 yaşlı Fərəh Yaqubova Badamdar qəsəbəsində yerləşən evində nənəsinin dərmanlarını içdikdən sonra dünyasını dəyişib. 

Fərəh Yaqubova tanınmış şair Oqtay Əliyevin (Ərgünəş) nəvəsidir. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 
 
 
 
 
 

OXŞAR XƏBƏRLƏR

MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub - FOTOLAR

İtaliyanın paytaxtı Romadakı məşhur “MAXXI” XXI Əsrin Milli İncəsənət Muzeyində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təqdim...

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açı...

Dövlət başçısı Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.   Sfer...

İlham Əliyev Ulu Öndərlə bağlı paylaşım etdi - VİDEO

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı rəsmi "Instagram" səhifəsində videoçarx paylaşıb. ...

Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-...

500-dən çox hərbçiyə mənzil verilib

2025-ci ilin geridə qalan dövründə 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib.   Sfera.az “Report”a istinadən xəbər ve...