Şahmar Mövsümov: Azərbaycan möhkəm bazaya malikdir

Şahmar Mövsümov: Azərbaycan möhkəm bazaya malikdir

Azərbaycan, güclü sarsıntılara tab gətirə biləcək möhkəm bazaya malikdir.

Oxu.Az xəbər verir ki, bu barədə “Financial Times” qəzetinə verdiyi müsahibəsində Azərbaycanın Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov deyib.

“Mən müəlliflərlə razıyam, belə ki, karbohidrogen ixrac edən ölkələrin çoxu dünya iqtisadiyyatının çökməsindən və neftin qiymətlərinin azalmasından dolayı çətinliklər yaşayırlar. Bununla yanaşı Azərbaycan bu sarsıntılara tab gətirə biləcək və iqtisadiyyatın diversifikasiyası üçün iqtisadi islahatların sürətini artıracaq möhkəm bazaya malikdir”, - Ş.Mövsümov bildirib.

Onun sözlərinə görə, ölkənin dövlət borcu ÜDM-nin 12%-dən bir qədər artıqdır.

“Bizim xarici valyutada ehtiyatlarımız 39 milyard dollardan (ÜDM 73%) ibarətdir, bu isə potensial xarici və daxili sarsıntılardan yaxşı müdafiədir. Ölkə böyük neft və qaz ehtiyatlarına malikdir, bu isə qloballaşan dünyanın yeni çağırışlarına iqtisadiyyatın hazır olması üçün imkan yaradır”, - Ş.Mövsümov bildirib.

O, həmçinin bu kontekstdə, dövlətin hər zaman yeni ideyalara və həm yerli, həm də xarici iştirakçıların təcrübəsinə açıq olduğunu vurğulayıb. 


OXŞAR XƏBƏRLƏR