Azərbaycanda yeni tipli məktəblər yaradılır

Azərbaycanda yeni tipli məktəblər yaradılır

Azərbaycanda tezliklə yeni tipli məktəblərin quraşdırılımasına başlanılacaq.

Sfera.az-ın Trend-ə istinadən xəbərinə görə, Təhsil Nazirliyindən bildirilib ki, ilk dəfə olaraq, Lerikin Qələbin, İsmayıllının Yenikənd kənd ümumi orta məktəbləri, Saatlının Mircəlal, Yardımlının Avur, Lənkəranın Təngivan kənd ibtidai məktəbi modul tipli məktəblərlə əvəz olunacaq.
 
Yeni məktəblərin qısa zaman ərzində istifadəyə verilməsi nəzərdə tutulur.
 
Modul tipli məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət (1 ay) ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin digər üstünlüyü budur ki, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesi dayandırılmır və bu məqsədlə müvəqqəti olaraq, 50 yerlik səyyar məktəb quraşdırılır.
 
Nazirlikdən əlavə edilib ki, hazırda Azərbaycanda təmirə ehtiyacı olan 650-yə yaxın məktəb var. Bunlar ən çox Cəlilabad, Şəki, Qusar, Quba, Şamaxı ərazisinə düşür.



OXŞAR XƏBƏRLƏR

Ağdaşda bir nəfər kanalda batıb

Ağdaşda bir nəfər kanalda batıb.   Sfera.az xəbər verir ki, bu bardə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki, Nazirliyin...

Leyla Əliyeva və Arzu Əliyeva Bakıda ağacəkmə aksiyasında iştirak ediblər - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevan...

Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

Bir sıra ölkələrdə ictimai nəqliyyat vasitələrində rəqəmsal ödəniş sistemlərinin tətbiqi mümkündür. Yəni sərnişinlər əlavə kart və ya vəsait daşımağa ehtiyac ol...

MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub - FOTOLAR

İtaliyanın paytaxtı Romadakı məşhur “MAXXI” XXI Əsrin Milli İncəsənət Muzeyində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təqdim...

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açı...

Dövlət başçısı Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.   Sfer...