Məcburi köçkünlərə dövlət tərəfindən ayrılan telefon pulu güzəşti ləğv edilir

Məcburi köçkünlərə dövlət tərəfindən ayrılan telefon pulu güzəşti ləğv edilir
 Məcburi köçkünlərə dövlət tərəfindən ayrılan telefon pulu güzəşti ləğv edilir. Bununla bağlı məcburi köçkünlərə xüsusi bildiriş göndərilib.Bildirişdəki maraqlı məqam isə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 06.10.16 tarixli məktubuna əsasən, istifadə edilən rabitə xidmət haqlarının 01.08.16 tarixindən etibarən hesablanmasıdır. Yəni, Dövlət Komitəsi bu qərarı onuncu ayda (oktyabr) verməsinə baxmayaraq, ödənişlərin səkkizinci aydan verilməsi tələb edilir. ANN.Az məsələ ilə əlaqədar Bakı Telefon Rabitəsi İstehsalat Birliyi ilə (BTRİB) əlaqə saxlayıb. Qurumdan verilən məlumata görə, onlara ilk dəfə bu haqda məlumat telefon qovşaqlarından verilib:
"Telefon qovşaqlarından bildirdilər ki, "Qaçqınkom" onlara arayış verib. Bu haqda özümüz qərar çıxara bilmədiyimizə görə, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinə ərizə yazdıq. Bundan sonra abunəçilərə xəbərdarlıq göndərilib. O vaxta qədər qaçqınlara abunə haqlarının verilməsi ilə bağlı (Qaradağ, Nizami, Yasamal rayon və başqa telefon qovşaqlarına) xəbərdarlıq edilib. "Qaçqınkom” hər telefon qovşağına yazıb ki, avqust ayından maliyyə çətinliyi ilə bağlı abunə haqlarının ödəyə bilməyəcək. Ola bilsin ki, quruma pul ayrılmadığına görə bu addım atılıb. Ancaq "Qaçqınkom” dəqiq demədi ki, bu ödənişləri birdəfəlik ödəməyəcək. Belə söhbət olmayıb. Ona görə, bizdə 3 ay müddətində qaçqınlara xəbərdarlıq etmişik. Qovşaqlar abunəçilərə həm "sms”-lə, həm də telefonla məlumat veriblər. Qaçqınların nə telefonları kəsilib, nə də hər hansı cərimə yazılıb. Sadəcə olaraq, biz "Qaçqınkom”un avqust ayından ödənişləri etməyəcəyi xəbərdarlığını abunəçilərə etmişik".
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Kommunal xidmətlər üzrə Şöbə müdiri Aftandil Mustafayevlə əlaqə saxlamağa çalışsaq da komitədən onun ezamiyyətdə olduğunu bildirdilər. Komitənin mətbuat katibi Elçin Qədimov isə telefon zənglərimizə cavab vermədi. 
2016-cı ilin dövlət və icmal büdcələri layihəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə köçkünlərin sosial müdafiəsinin təmin edilməsi tədbirlərinin maliyyələşdirilməsi üçün 224.4 milyon manat ayrılıb. 
Qeyd edək ki, Komitənin kommunal xidməti mətbuata açıqlamasında hazırda məcburi köçkünlərə adambaşına ayda 150 kVt.saat elektrik enerjisindən pulsuz istifadə limiti ayrıldığı deyilib: 
"Məcburi köçkünlər yay aylarında 100 kVt. saat, qış aylarında isə 200 kVt .saat elektrik enerjisi sərf edirlər. Orta hesabla, bu,150 kVt.saat edir. Bundan başqa, adambaşına köçkünlərə bir ay üçün 35 kubmetr təbii qaz hesablanıb. Dörd ay qış müddətində təbii qazdan istifadə 45 kub, mart, aprel, may və oktyabr ayları üçün 35 kub, yerdə qalan 4 ay üçün isə orta sərfiyyat 25 kubdan hesablanır. Məcburi köçkünlər üçün adambaşına su istehlakı limiti aylıq 5 kubdur. Bu limitin məbləği 2017-ci ilin yanvar ayından məcburi köçkünlərin öz kartına vurulacaq. Hələ bilinmir ki, məcburi köçkünlər bu limitdən az işlətdikdə karta vurulan məbləğ kimin hesabında qalacaq. Bu mexanizm hələ tam aydın deyil”.

"Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”da edilən dəyişikliyə əsasən, isə Azərbaycanın məhkəmə orqanlarına hakim təyin olunan, habelə, kommersiya hüquqi şəxsi kimi dövlət qeydiyyatına alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə yemək xərci üçün aylıq müavinət artıq verilmir. 
Məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan 3 il müddətində əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış şəxslərə də bu müavinətlərin verilməsi dayandırılıb.
Digər dəyişiklik hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən məcburi köçkünlərlə bağlıdır. İndiyə qədər hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən və qanunvericiliklə müəyyən olunmuş qaydada ərzaq payı əvəzinə verilən pul kompensasiyası alan məcburi köçkünlərə yemək xərci üçün aylıq müavinət verilməyib. Dəyişikliyə əsasən, bundan sonra yalnız hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən zabitlərə yemək xərci üçün aylıq müavinət verilməyəcək.
Yəni, bundan sonra zabit olmayan, hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən və qanunvericiliklə müəyyən olunmuş qaydada ərzaq payı əvəzinə verilən pul kompensasiyası alan məcburi köçkünlər yemək xərci üçün aylıq müavinət alacaqlar./ann.az/

OXŞAR XƏBƏRLƏR

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanıldı

Mayın 9-da ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Sfera.a...

Ağdaşda bir nəfər kanalda batıb

Ağdaşda bir nəfər kanalda batıb.   Sfera.az xəbər verir ki, bu bardə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki, Nazirliyin...

Leyla Əliyeva və Arzu Əliyeva Bakıda ağacəkmə aksiyasında iştirak ediblər - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevan...

Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

Bir sıra ölkələrdə ictimai nəqliyyat vasitələrində rəqəmsal ödəniş sistemlərinin tətbiqi mümkündür. Yəni sərnişinlər əlavə kart və ya vəsait daşımağa ehtiyac ol...

MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub - FOTOLAR

İtaliyanın paytaxtı Romadakı məşhur “MAXXI” XXI Əsrin Milli İncəsənət Muzeyində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təqdim...

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açı...