Putin atəşkəsə hazır olduğu bəyan edib? - Gizli sövdələşmə

Dünya
13:02 / 25.12.2023
15065
“Rusiya Prezidenti Vladimir Putin atəşəkəsə hazır olduğunu ifadə edib”.
Sfera.az xəbər verir ki, bu barədə “The New York Times”məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Putin atəşkəs mesajını ABŞ rəsmilərinə göndərib.
Kreml administrasiyası ictimaiyyətə müharibəni davam etdirmək mesajını versə də, Ukraynada qələbə elan edərək müharibəni bitirmək və bu torpaqlarda qalmaq istəyir.
Qeyd edək ki, Ukrayna administrasiyasının belə bir razılaşmanı qəbul edib-etməyəcəyi bəlli deyil.
Ülkər