Misir yeni atəşkəs planı təklif etdi – İsrail və HƏMAS qəbul edəcəkmi?

Misir yeni atəşkəs planı təklif etdi – İsrail və HƏMAS qəbul edəcəkmi?

Misir İsrail-HƏMAS münaqişəsi üçün atəşkəs planı təklif edib.

 

Sfera.az bildirir ki, bu barədə “Əl Şark” qəzeti məlumat yayıb. Qeyd olunub ki,  Qahirə rəhbərliyi münaqişə tərəflərinə “Qəzzada 3 mərhələli atəşkəs planı”  layihəsini təklif edib.

 

Təklifdə müharibədən sonra Qəzzanı kimin idarə edəcəyinə, ikinci atəşkəs və girov mübadiləsinə qərar verilməsi planlaşdırılır. Plana görə, birinci mərhələdə iki-üç həftəlik atəşkəs elan olunacaq və HƏMAS yaşlılardan və xəstələrdən başlayaraq, girovları azad edəcək:

 

“Bunun müqabilində İsrail də 120 fələstinli məhbusu buraxacaq. Bu prosesdə Qəzza zolağına qida, tibbi yardım və yanacaq göndəriləcək”.

 

İkinci mərhələdə Fələstində parçalanmaya son qoymaq üçün müstəqil texnokratlardan ibarət Fələstin milli dialoq hökumətinin qurulması istiqamətində səylər başlayacaq:

“Sözügedən hökumət həm Qəzza zolağının müharibədən sonra yenidən qurulması ilə məşğul olacaq, həm də İordan çayının qərb sahilində yenidən seçkilərin baş tutmasına çalışacaq”.

 

Son mərhələdə Qəzza və İsraildəki bütün silahlı qruplar arasında “tam və hərtərəfli atəşkəs” imzalanacaq: “Oktyabrın 7-dən sonra həbs edilən İsrail əsgərləri və fələstinlilərin iştirakı ilə əsir mübadiləsi aparılacaq. İsrail ordusu Qəzza zolağından geri çəkiləcək və məcburi köçkün fələstinlilər öz evlərinə qayıdacaq”.

 

“Əl-Şark”a danışan mənbələr İsrailin bu təklifdə maraqlı olmayacağını, lakin ABŞ-nin Netanyahunu razı sala biləcəyini bildirib.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Bülent Ersoy vəsiyyətini açıqladı - Tanınmış müğənni nələrə sahibdir?

Dəbdəbəli həyatı və bahalı zövqləri ilə ara-sıra gündəmdə olan türk müğənnisi Bülent Ersoy İzmirdə səhnəyə çıxıb. Səhnədə vəsiyyəti ilə bağlı açıqlama verən müğ...

Fuad Nağıyev bəzi idarələrə rəis təyin etdi

“Şirvan Gənclər Evi” sosial xidmət müəssisəsi tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda araşdırma ...

"Unibank" "Yaşıl İnvestisiya Prinsipləri"nə qoşuldu

"Unibank" dayanıqlı maliyyənin təşviqi və məsuliyyətli bankçılıq prinsiplərinin tətbiqi sahəsində növbəti addımını ataraq, Yaşıl İnvestisiya Prin...

Trampın impiçment səsverməsi təxirə salındı

Demokrat Şri Tanedar həmkarlarının təzyiqi səbəbindən Konqresdə Trampın impiçmenti üçün səsverməni təxirə salıb.   Sfera.az bu barədə “Politico...

Putin İstanbula niyə gəlmədi? - Səbəblər maraqlıdır

Rusiya Prezidenti Vladimir Putin barəsində yayılan yeni iddialar beynəlxalq medianın gündəminə çevrilib. İngiltərənin “The Mirror” nəşri rus liderin...

92 ölkədən 300-dən çox nümayəndə BAKIYA GƏLİR

Mayın 19-23-də Bakı BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi - “GlobE Network” çərçivəsin...