Bir zamanlar yaşamış real Şrek - "Nəhəng Andre"

Bir zamanlar yaşamış real Şrek -

Aranızda və ya bəlkə də orta yaşlı ailə üzvləriniz arasında bu günkü qəhrəmanımızı xatırlayanlar olacaq.


Sfera.az bu yazıda bir zamanlar “nəhəng Andre” kimi tanınan Andre Giant haqqında məlumat verir.
 

Nəhəng görünüşlü Andre Giant Amerika güləşinin nümayəndəsi olub.
 

Peşəkar güləşdə ona dözə bilən rəqib olmadığı üçün işi şouya çevirmiş və WWE-yə qatılmışdı (World Wrestling Entertainment-Amerikalı peşəkar güləş əyləncə şirkətidir; film, musiqi və s. yayım məhsullarının ictimaiyyətə satışı ilə məşğul olur).
 

Fransada doğulan Andre akromeqaliyadan əziyyət çəkirdi. Onun hipofiz vəzi həddindən artıq böyümə hormonu ifraz edirdi ki, bu da onun məşhur nəhəng görkəminə səbəb olmuşdu.


Bu şəkil 1967-ci ilə aiddir, burada Andrenin cəmi 19 yaşı var.



Nəhəng görkəmindən fərqli olaraq mehriban insan olan Nəhəng Andre çox çətin bir həyat yaşayıb.


Uşaqlıqda heç vaxt məktəb avtobusuna minə bilməyən Andreni daim məktəbə aparan qonşusu, məşhur yazıçı Samuel Bekket olub.


Andrenin sözlərinə görə, onlar çox danışırdılar.


O dövrün Broadway müzikllərinə heç vaxt baxa bilməyib, çünki oturacaqlara sığmazdı və sığsa belə, çox adama mane olurdu.


Kino da həmçinin eyni qaydada.
 

Xarici ölkələrə gedəndə də problemləri davam edirdi. Məsələn, Yaponiyada o, otelin tualetlərinə sığmadığı üçün vanna və ya qəzet üzlüklərindən istifadə etməli olub.
 

Bir dəfə əsəbiləşərək, ona lağ edən dörd nəfəri qovub. Kişilər qaçaraq maşına doluşub, lakin hərəkət etməmiş özlərini başıaşağı sallanan gördülər. Nəhəng Andre avtomobili içəridə kişilər qarışıq tərsinə çevirmişdi.
 

O, bir oturmaya 156 pivə (33 paket) içib, heç sərxoş belə olmayıb.


Onun əlində pivə qabı tutduğu fotonu görəndə bu rekorda insan təəccüblənmir.


Amma bir dəfə dayanmadan hər 3 dəqiqədən bir pivə içdiyi 6 saatlıq "marafon"un sonunda yıxılaraq huşunu itirir. Təbii olaraq heç kim onu ​​yerindən tərpədə bilməyib.
 

Səhər yıxıldığı yerdən qalxaraq həyatına davam edib
.

Bütün bu içkilər nəticəsində onsuz da nəhəng olan bədəni ürək artıq saxlaya bilməyəcək hala gəlmişdi.


O, səhhəti üçün bir sıra əməliyyatlar keçirib və bu müddət ərzində güləşdən uzaqlaşmalı olub.


Son matçı qatı düşməni Hulk Hoqana qarşı olub.


Bu döyüşdə bu düşüncəli adam bilərəkdən özünü məğlub etsə də, döyüş yenə də əfsanəvi matçlar sırasındadır.
Andre səhhətindəki problemlərlə məşğul olarkən atasının dəfnində iştirak etmək üçün Parisə gedir. Burada ürəyi daha artıq dayanmayıb və o, dünyasını dəyişib.


Nə qədər böyük olduğunu anlamaq üçün: Məhəmməd Əli ilə fotosuna baxın:
 

1987-ci ildə çəkilmiş məşhur “Şahzadə gəlin” filmində 2,25 metr 240 kiloluq nəhəng Andre Giantın oynaması üçün xüsusi bir personaj yazılmışdı.


Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Taleyüklü məsələlərin həllində şəxsiyyət faktorunun rolu əvəzsizdir - RƏY

Dünya təcrübəsi sübut edir ki, tarixdə şəxsiyyət faktorunun rolu danılmazdır. Beynəlxalq hüququn və ədalət anlayışının geosiyasi maraqlara qurban verildiyi müas...

Faciəvi şəkildə ölənlər gəlinin bibiləri imiş - Toy təxirə salındı

Dünən paytaxtın Qaradağ rayonunda 3 nəfərin ölümü ilən nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.   Sfera.a...

Prezident forum iştirakçılarına müraciət ÜNVANLADI - YENİLƏNDİ

Prezident İlham Əliyev “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan din xadimləri Forumunun işt...

Bu şəxslərə 6 min manat ödəniləcək - Müraciət üçün lazım olan SƏNƏDLƏR

“Azərbaycan Prezidenti İlham Əliyev “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna ...

Cinayətdə şübhəli bilinən 55 nəfər saxlanıldı

Dekabrın 21-də və 22-də ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.  ...

"Qarabağ" 99 qolla 2024-cü ilin ən yaxşı komandası OLDU

"Qarabağ" 99 qolla 2024-cü ilin ən yaxşı komandası olub.   Sfera.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 36...