Qış vaxtına keçid sağlamlığımıza necə təsir edir?

Qış vaxtına keçid sağlamlığımıza necə təsir edir?

 Günəş işığına qənaət etmək məqsədilə ildə iki dəfə müvafiq olaraq saatlar bir saat irəli və ya geri çəkilirdi.

 

Sfera.az bildirir ki, alimlər bu cür zaman dəyişikliklərinin orqanizmdə mənfi nəticələrə səbəb olduğunu müəyyən ediblər. Xüsusilə ürək-damar sistemi ilə problemi olan insanlar üçün bu, sağlamlığa mənfi təsir göstərə bilər. Fəsillərin dəyişməsi zehni və fiziki sağlamlığa da birbaşa təsir edir.

 

Ağciyər xəstəlikləri üzrə dosent Dr. Melissa Knauert mövsümi saat dəyişikliklərinin vura biləcəyi zərər haqqında danışıb.

 

Dosent qeyd edir ki, saatların dəyişdirilməsi yuxu rejiminə və orqanizmin fiziki sağlamlığına təsir edir. Bu, narahatlıq, yorğunluq və yuxu pozğunluğuna səbəb ola bilər. Xüsusilə vaxt dəyişikliyindən sonrakı ilk günlər üçün özünü daha qabarıq şəkildə biruzə verir.

 

Ürək-damar sistemi ilə bağlı problemləri olan insanlarda, bu, ürək funksiyasının pozulmasına, qan təzyiqinin artmasına və daha tez-tez aritmiya epizodlarına səbəb ola bilər.

 

“Ürək-damar sistemi son dərəcə vacib olduğundan və orqanizmin bütün orqan və toxumalarını oksigen və digər qidalarla təmin etdiyindən, hər hansı bir uğursuzluq ciddi nəticələrə səbəb ola bilər”, deyə dosent izah edir.

 

Bundan əlavə, araşdırmalar göstərir ki, saatların dəyişdirilməsi sirkadiyalı ritmi poza bilər.

 

Sirkadiyalı ritmin əsasını beyində yerləşən bölgə - hipotalamus təşkil edir. O, işığa reaksiyadan məsuldur. Öz növbəsində hipotalamus da sirkadiyalı ritmin tənzimlənməsindən məsul hormon olan melatoninin səviyyəsini tənzimləyə bilir.

 

Dosent əlavə edir ki, yay vaxtına keçid işıq şəraitinin dəyişməsi səbəbindən yuxu rejimini poza bilər. Saatlar bir saat irəli çəkildiyi üçün gündüz saatları daha tez başlayır və nəticədə insan lazımi miqdarda yuxu almır.

 

Bundan əlavə, sirkadiyalı ritmdəki dəyişikliklər sağlamlığa təsir edə bilər. Bu, əhval-ruhiyyənin, yaddaşın və diqqət dağınıqlığı, həmçinin yuxu problemləri, depressiya və beyin funksiyasının azalması kimi özünü göstərə bilər.

 

Bəs orqanizmi saat dəyişikliyinə necə hazırlamaq olar?

 

Mütəxəssislərin yaz və ya qış saatlarına hazırlaşmağınıza kömək edəcək bəzi məsləhətləri var:

 

-Dəyişiklikdən bir həftə əvvəl yuxu rejiminizi dəyişməyə başlayın;

 

-Erkən yxuya getməyə və hər gün 10-15 dəqiqə tez oyanmağa çalışın;

 

-Açıq havada daha çox vaxt keçirin; (Bu, beyni oksigenlə qidalandırmağa da kömək edəcək).

 

-Səhər məşqləri edin;

 

-Səhər yeməyinizi tənzimləyin;

 

Orqanizmin işə başlaması üçün səhərlər orta doyurucu bir yemək yeyin.

 


OXŞAR XƏBƏRLƏR