Azərbaycanda bu işçilər 3500 manatdan çox maaş alır

Azərbaycanda bu işçilər 3500 manatdan çox maaş alır

2023-cü ilin yanvar-avqust aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,3 faiz artaraq 923 manat təşkil edib.

 

Sfera.az-ın məlumatına görə, əməkhaqqı neft-qaz sektorunda 3526,1 manat, qeyri neft-qaz sektorunda 873,2 manat təşkil edib.

 

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 885,5 manat, özəl müəssisələrdə isə 964,1 manat olub.

 

2023-cü il oktyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5244,5 min nəfər olub, onlardan 4957,1 min nəfərini məşğul əhali təşkil edib. Cari il sentyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1706,6 min nəfər, o cümlədən, iqtisadiyyatın dövlət sektorunda 887,7 min nəfər, qeyri-dövlət sektorunda isə 818,9 min nəfər təşkil edib.

 

İqtisadiyyatın neft-qaz sektorunda 31,5 min nəfər, qeyri neft-qaz sektorunda isə 1675,1 min nəfər çalışıb.


OXŞAR XƏBƏRLƏR

Bu vəzifəli şəxs işdən azad edildi - FOTO

Növbədənkənar parlament seçkisində 48 saylı Abşeron birinci seçki dairəsindən YAP-ın namizədi olaraq qalib gələn Nigar Məmmədovanın Əmək və Əhalinin Sosial Müda...

Bakıda narkokuryerlər SAXLANILDI

Bakıda polis əməkdaşlarının “saxla” əmrinə tabe olmayıb qaçan narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan şəxslər saxlanılıblar.  ...

Pensiya və maaş ilə yanaşı, digər hansı ödənişlər artırıla bilər? - AÇIQLAMA

Azərbaycan Prezidentinin göstərişinə uyğun olaraq gələn ildən etibarən minimum əməkhaqqı və minimum pensiya yenidən artırılacaq. Əmək və Əhalinin Sosial Müdafiə...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir. &...

TAU-ya verilən hüquq nədir və necə tənzimlənəcək? - AÇIQLAMA

Dünən Prezident İlham Əliyevin Türkiyə-Azərbaycan Universiteti ilə bağlı imzaladığı sərəncama görə universitetə tələbə seçimini müstəqil aparmaq hüququ verilib....

AZAL bu ölkəyə uçuşları dayandırdı - RƏSMİ AÇIQLAMA

Azərbaycanın milli aviadaşıyıcısı AZAL İsraildə baş verən son hadisələr və təhlükəsizlik məsələləri ilə əlaqədar Bakıdan Ben Qurion Hava Limanına (Təl-Əviv) və ...