Meyxanaçı anasının ölüm xəbərini toyda öyrənib
Maqazin
10:13 / 24.09.2024
8153
Xəbər verdiyimiz kimi, meyxanaçı Namiq Qaraçuxurlunun anası vəfat edib.
Sfera.az-ın məlumatına görə, sənətçi bir neçə gündür Rusiyadadır. Namiq anasının ölüm xəbərini də Moskvada toyda olarkən eşidib. Bu haqda müğənnilər Sevil və Sevinc Səfərova bacıları yazıb.
"Çox heyif ki, dünənki hisslərin səni yanıltmadı. Biz nə qədər desək də ürəyinə pis şeylər gətirmə, sənin dərin nəfəs almağından nə qədər həyəcan keçirtdiyini görə bilirdik. Allah ailənə, sənə səbr versin. Məkanı cənnət olsun" deyə, ifaçılar bildiriblər.
Qeyd edək ki, N.Qaraçuxurlunun anası xərçəngdən əziyyət çəkirdi.