Həbsdə olan bəstəkar bu müğənnilərə mahnılarını oxumağa QADAĞA QOYDU

Həbsdə olan bəstəkar bu müğənnilərə mahnılarını oxumağa QADAĞA QOYDU

6 ildən artıqdır həbsdə olan tanınmış bəstəkar və şair Tural Bayraməliyev bəzi müğənnilərə mahnılarını oxumağa qadağa qoyub.

 

Sfera.az xəbər verir ki, bəstəkar təxminən 30-a yaxın mahnısını ölkənin tanınmış müğənniləri tərəfindən ifa edildiyini söyləyib:

 

“Heç bir zaman mahnılarımı satmamışam. Müğənnilərin kimliyini də özüm seçmişəm. Mənim mahnılarım ilə məşhurlaşan kifayət qədər müğənni var. Onların arasında bir neçə Xalq və Əməkdar artist də var. Daim dövlətçiliyə sadiqliyimlə tanınmışam, hətta dövlətimizə, Ulu Öndər və Ali Baş Komandanımız İlham Əliyevə də mahnılar bəstələmişəm. Hansı ki, bu gün rəsmi tədbirlərdə Xalq artistləri Aygün Kazımova, Gülyaz-Gülyanaq bacıları, Nisə Qasımova, Əməkdar artistlər Abbas Bağırov, Mətanət İsgəndərli, Almaz Ələsgərli sevə-sevə oxuyurlar. Bu qərara gəlməyimin səbəbi o oldu ki, dəfələrlə televiziya kanallarında öz mahnılarımı eşitsəm də, adımın çəkildiyini görmədim. Qeyd etdiyim kimi heç zaman mahnılarımı satmamışam, mahnının həm sözləri, həm də bəstəsi özümə məxsus olub. Bu müraciətimdən sonra hansısa tədbirdə və ya el şənliklərində aşağıda adları sadalanan mahnılarımın ifa olunduğunu eşidərəmsə, o şəxslə hüquqi müstəvidə danışmalı olacağam”. 

 

Bəstəsi və sözləri Tural Bayraməliyevə məxsus olan mahnıları və oxuyan müğənnilərin siyahısını təqdim edirik. 

 

“İzzət Bağırov "Tənhayam", Brilliant Dadaşova "Səndən ayrı", Flora Kərimova "Yağışı", Aygün Kazımova "Unutmuşam", "Azərbaycan bayrağı", Gülyaz-Gülyanaq "Ölməz Prezident", "Azərbaycan", Nisə Qasımova "Xalqımızın Qəlbindəsən", "Durna qatarı", "Sevəcəyəm", Abbas Bağırov "Dalğalansın bayrağımız", Aygün Bəylər "Getmisən", "Düşündüm", Mətanət İsgəndərli "Müstəqil Azərbaycan", Nadir Qafarzadə "Xainsən", "Döy qapımı", "Unut məni", Damla "Qürur", "Bu bahar", Almaz Ələsgərli "Ulu Öndər", "Mən sənsiz", Niyam Salami "Səninlə", Yaşar Yusub "Tənha yaşa", "Sən deyilsən", Vəfa Şərifova "Misafirim ol", Günay İbrahimli "Hüzur", Sevil-Sevinc "Anla məni", "Eşq dəlisi", "Ürəyim", Aysel Əlizadə "Mahnılarda yaşatdım", Ayan Babakişiyeva "Səndən sonra" və "Tələ" serialı soundtrek - "Hər şeydə sən varsan".

 

Qeyd edək ki, Tural Bayraməliyev 2018-ci ildə gömrük xidməti polkovniki Salehli Şədiyyə Arif qızının şikayəti ilə həbs edilərək 8 il müddətinə azadlıqdan məhrum edilib. (Unikal)


OXŞAR XƏBƏRLƏR

“Siemens” direktorunun ailəsi ilə birlikdə helikopterin qəzaya uğramasının səbəbi açıqlandı - FOTOLAR

ABŞ-da “Siemens” şirkətinin rəhbərinin ailəsinin olduğu helikopter qəzaya uğrayıb   Sfera.az xəbər verir ki, “Siemens” şirkət...

Yaşar Gülər Azərbaycandan danışdı

Türkiyənin müdafiə sənayesi məhsulları Azərbaycanda ortaq layihələrin bir hissəsinə çevrilib.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli m...

Papanın dəfn mərasimində geyim qaydalarını pozdular - FOTOLAR

ABŞ Prezidenti Donald Tramp, ukraynalı həmkarı Volodimir Zelenski və Amerikanın sabiq prezidenti Co Bayden Vatikanda Papanın dəfn mərasimində geyim qaydalarını ...

CIA Hitleri ölümündən 10 il sonra Cənubi Amerikada axtarıb

Sovet qoşunları 30 aprel 1945-ci ildə Berlinin mərkəzinə doğru irəliləyərkən Hitler və onun bir gün əvvəl evləndiyi çoxdankı sevgilisi Eva Braun tutulmamaq üçün...

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.   1961-ci il təvə...

İranda fövqəladə vəziyyət elan edildi - 8 ölü, 750 yaralı, 6 itkin + VİDEO

İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 516 nəfərə yüksəlib.   Sfera.az xəb...