“Tik-Tok” videolarına çox baxmaq “beyin çürüməsi"nə səbəb olur

“Tik-Tok” videolarına çox baxmaq “beyin çürüməsi"nə səbəb olur

"Brainrot" anlayışı haqqında heç eşitmisinizmi? Sosial mediadan istifadənin qarşısı alınmaz hala gəldiyi üçün bu anlayışı hələ daha tez-tez eşidəcəyik.
 

Sfera.az bildirir ki, rəqəmsal dövrün yeni xəstəliyi olan “beyin çürüməsi” sosial media platformalarında saatlarla vaxt keçirməyi və uzun müddət “keyfiyyətsiz” məzmuna məruz qalmağı nəzərdə tutur. “New York Times” tərtib etdiyi xəbərlərdə bu sahədə araşdırmalara və ekspert rəylərinə yer verib.
 

Rəqəmsal dövrün gətirdiyi ən böyük problemlərdən biri sosial media asılılığıdır. Əvvəllər valideynlər övladlarının əlindən telefonu ala bilmədiklərindən şikayət

edirdilərsə, indi görürük ki, 7-dən 77-yə, hətta yaşlı insanlarda da bu hala geniş rast gəlinir.


Sosial media bizi dibsiz bir çuxur kimi özünə çəksə də, bu rəqəmsal asılılıq yeni terminlərin həyatımıza daxil olmasına səbəb olub. Bunlardan biri də son vaxtlar haqqında danışılmağa başlayan “beyin çürüməsi”dir.


Bəs beyin çürüməsi nədir?
 

Sosial mediada saatlarla vaxt keçirmək, davamlı olaraq keyfiyyətsiz məzmunlardan istifadə etmək, real həyatdan qopmaq və virtual aləmdə yaşamaq beyin çürüməsini ifadə edən cümlələrdəndir.


Bu termin xüsusilə ABŞ və Avropada yayılmağa başlayıb. ABŞ-ın aparıcı internet mediası olan “BuzzFed”, son aylarda istifadəçilərinə “Bu Beyin Çürümə Testindən keçsəniz, bu, beyninizin 1000% yandığı anlamına gəlir” başlıqlı bir test tərtib edib. Bir çox mütəxəssis "beyin çürüməsi" ilə bağlı araşdırmalar aparmağa başlayıb.


Əsasən də “TikTok”da bir çox istifadəçinin çəkdikləri videolar beyin çürüməsi əlamətləri göstərir. Mütəxəssislər bildirirlər ki, insanın beyninin çürüyüb-çürümədiyini anlamaq üçün onun qurduğu cümlələrə fikir vermək lazımdır. Bir insan internet jarqonundan başqa sözlər işlətmirsə, demək ki, beyni çürükdür.

ABŞ-ın Boston Uşaq Xəstəxanasının tədqiqatçıları "Problemli İnteraktiv Media İstifadəsi" adlandırdıqları pozğunluğun getdikcə artdığını deyirlər. Dr. Maykl Riç beyin çürüklüyünü “vaxtının çox hissəsini internetdə keçirmək və məlumatlılığı real həyatdan çox onlayn məkana köçürmək” olaraq təyin edir.


Beyin çürüməsindən əziyyət çəkən bir çox insanın bu vəziyyətdən “qürur duyduğu” bildirilir. Riç qeyd edir ki, bəzi yeniyetmələr hətta ekran vaxtı üçün bir-biri ilə rəqabət aparır.


"İnsanlar videolara baxaraq digər əsas şərtlərin öhdəsindən gələ bilər."


Dr. Boston Uşaq Rəqəmsal Sağlamlıq Laboratoriyasının ekspertləri isə bildirirlər ki, beyin çürüməsi təkcə internet asılılığı ilə bağlı deyil. Mütəxəssislərin fikrincə, insanlar videolara baxaraq və ya uzun oyunlar oynayaraq digər əsas problemlərin öhdəsindən gəlməyə çalışırlar.

Xanım

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

22 yaşında müraciət etdiyi işdən yarım əsr sonra cavab alan qadın - FOTO

Demək olar ki, hamımız böyük ümidlərlə işə müraciət etməyi, hətta mənfi və ya müsbət cavab almamağı da yaşamışıq. “Niyə işə götürmədilər”, “ni...

Bu qidalar cinsi istəyi zəiflədir

Qidalanma cinsi istəyə əhəmiyyətli təsir göstərə bilər.   Sfera.az xəbər verir ki, spirt və şəkər libidoya mənfi təsir göstərir. Bu qidalar testosteron...

15 saat dənizdə qayada ilişib qalan turist xilas edildi - FOTO

Portuqaliyanın Madeyra muxtar bölgəsində dənizdə qayaya ilişən polşalı turist hərbi pilotsuz uçan aparat tərəfindən xilas edilib.   Sfera.az xəbər veri...

Dənizə atılmış şüşədəki məktub 22 illik sirrin üstünü açmağa kömək etdi - FOTOLAR

12 yaşlı uşaq İngiltərənin Eastbourne şəhərində tənha çimərlikdə zibil yığarkən qeyri-adi kəşf edib. O, Con Darvinə aid olduğu güman edilən şüşə içərisində bir ...

Kristofer Kolumbun müəmmalı ölümü

İspaniyalı alimlər məşhur kəşfiyyatçı Kristofer Kolumbun ölümünün sirrini açıblar. Hindistana gedəcəyini düşünərkən Amerika qitəsini kəşf edən Kristofer Kolumbu...

"Barselona" keçmiş məşqçisindən iPhone və iPad-i qaytarmağı xahiş edib

İspaniya "Barselona"sının rəhbərliyi komandanın keçmiş baş məşqçisi Xavidən klubun ona və işçilərinə şəxsi istifadə üçün verdiyi iPhone və iPad-i geri...