Könül Kərimova zəhərləndi və ...
Maqazin
12:12 / 31.10.2016
1075
Müğənni Könül Kərimova zəhərlənib.
Sfera.az axşam.az-a istinadən bildirir ki, xəstəxanaya yerləşdirilən ifaçı bu haqda "10-dan sonra" verilişinə açıqlamasında deyib. O bildirib ki, zəhərlənməsinə boranı şirəsi səbəb olub:
"Bir anlıq elə bildim ki, ölmüşəm, yoxam. Gözümü açdım ki, salamatam. Adi boranı şirəsi hazırlayıb içdim, bilmədim, nə baş verir. Həkim dedi ki, onu az-az içmək lazım imiş. Şirəni içəndən sonra olan heç nə yadımda deyil. Bir də gözümü açdım ki, ətrafımda həkimlər var. İndi tam yaxşı olmasam da, yavaş-yavaş özümə gəlirəm".