2025-ci ildə Günəş Yer kürəsini "vuracaq" - Nələr olacaq?

Mütəxəssislər 2025-ci ildə günəş fırtınasının səbəb olduğu "İnternet apokalipsisi"nin ola biləcəyini bildiriblər.
Sfera.az xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb.
2025-ci ildə Günəş öz dövrünün pik həddinə çatacaq ki, bu da bütün dünyada böyük kompüter nasazlıqlarına və hətta elektrik enerjisinin kəsilməsinə səbəb ola bilər.
1755-ci ildən etibarən mütəxəssislər günəş dövrlərini qeyd etməyə başlayıblar və o vaxtdan Günəş 25 dövrə tamamlayıb. Ancaq son dövrə əvvəlkilərdən fərqlidir. O, yəqin ki, həmişəkindən daha sürətli keçir, tez-tez günəş püskürməsi və digər hadisələrə səbəb olur.
Günəş aktivliyindəki dəyişikliklər "Şvabe dövrü" kimi tanınan 11 illik dövr ərzində baş verir. Son dövrənin sonuncu zirvəsi 2014-cü ildə olub. Araşdırmalar göstərib ki, kosmik hava şəraiti insan sağlamlığına təsir edir.(valyuta.az)