Paşinyan “üçlü təzyiq\" altında - Ermənistanın vəziyyəti ağırlaşır

Paşinyan “üçlü təzyiq\

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin hazırda çox ağır vəziyyətdə olduğunu etiraf edib. Onun sözlərinə görə, hazırda Ermənistanı qorumalı olan təhlükəsizlik mexanizmləri işləmir:

 

“İrəvan Qərbə meyilli olmaqda ittiham edilir, lakin biz Hindistanla da intensiv əməkdaşlıq edirik”.

 

Qriqoryan söyləyib ki, Rusiya siyasi səviyyədə Ermənistanın təhlükəsizlik problemlərini həll edə bilməyəcəyini bəyan etmir.

 

Bununla bağlı Sfera.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, sözügedən açıqlama daha çox Qərb-Rusiya mübarizəsi kontekstindən qiymətləndirilməlidir:

 

“Ermənistan baş naziri Nikol Paşinyanın atdığı bütün addımlar vaxtın uzadılmasına hesablansa da, əslində o, sülh müqaviləsində maraqlı görünür. Amma sülh müqaviləsi onun iradəsindən daha çox, Qərblə Rusiyanın mübarizəsinin nəticəsindən asılıdır. İndi əsas məsələlərdən biri bu güclərdən hansının İrəvana “diktə edəcəyidir”.  Həm Qərbin, həm də Rusiyanın Ermənistana təzyiqi getdikcə artır. Elə ona görə də Qriqoryan ölkəsinin çətin vəziyyətdə olduğunu söyləyib. O, "Ermənistanı qorumalı olan təhlükəsizlik mexanizmləri işləmir" fikri ilə, yəqin ki, hər iki tərəfə mesaj verməyə çalışır. Lakin TŞ sədri Hindistanla əlaqələri nümunə göstərməklə bir növ özünü axmaq yerinə qoyub. Ermənistanla Hindistan arasında münasibətlər Rusiyanı narahat etmir. Əksinə, Moskva da Dehli ilə normal münasibətlərə malikdir. Rusiyanı qıcıqlandıran Ermənistanın məhz Qərbə meylidir”.

 

Ekspertin fikrincə, Qriqoryan "Rusiya siyasi səviyyədə Ermənistanın təhlükəsizlik problemlərini həll edə bilməyəcəyini bəyan etmir" sözləri ilə də Moskvaya mesaj verib:

 

“O demək istəyib ki, Moskva İrəvanın hazırkı çətin situasiyadan çıxması üçün kömək etməli, anlayışlı olmalıdır. Ümumiyyətlə, Ermənistan hazırda Brüssel, Vaşinqton və Moskvanın arasında qalıb. Üç böyük güc arasında mübarizə davam etdikcə və İrəvan konkret addımlar atmadıqca Ermənistanın vəziyyəti daha da ağırlaşacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...

“Neftçi”- “Qarabağ” matçının yeri dəyişdi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.   Sfera.az Peşəkar Fu...

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsləri bu cəza gözləyir

Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.   Sfera.az xəbər verir ki...