Səlim Müslümov dövlətə nə qədər ödəyib?

Səlim Müslümov dövlətə nə qədər ödəyib?

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Sfera.az istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə Səlim Müslümovun vəkilləri vəsatətlə çıxış edib.

 

Vəkillər israfetmə epizodu üzrə ayrılmış cinayət işində dəymiş ziyanın ödənişi ilə bağlı hazırkı vəziyyəti öyrənmək üçün istintaq orqanına sorğu verilməsini xahiş ediblər.

 

Vəkillər həmçinin hazırda istintaqda olan cinayət işi üzrə cəlb olunan şəxslərin, xitam verilən işlərin sayının müəyyən edilməsini də istəyiblər.

 

Hakim bildirib ki, istintaqda israf etmə ilə bağlı ayrılan cinayət işində məsuliyyətə cəlb olunan şəxslərin dairəsi müəyyənləşdirilir:

 

"Biz həmin iş üzrə nə qədər ziyanın ödənilməsini öyrənməliyik. Bu, gələcəkdə məhkəmənin hökm çıxaran zaman nəzərə alması üçün vacibdir".

 

Hakim deyib ki, hazırkı mərhələdə nə qədər ziyanın ödənilməsi ilə bağlı istintaq orqanından şifahi cavab almaq üçün müraciət olunacaq.(Teleqraf.com)


OXŞAR XƏBƏRLƏR

NATO Müdafiə Kollecində Azərbaycanla hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olundu

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İtaliyaya rəsmi səfəri çərçivəsində Roma şəhər...

İlham Əliyev Qarabağ Universitetinin tələbə yataqxanasının AÇILIŞINDA - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında i...

Türkiyə XİN: "Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur"

Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkən...

Türkiyədə sərnişin təyyarəsi uçuş-enmə zolağından ÇIXDI

Ankara-Yüksekova reysini həyata keçirən “AJet” Hava Yollarına məxsus sərnişin təyyarəsi Yüksekova Səlahəddin Əyyubi Hava Limanına endikdən sonra güc...

Uşaqları və özümüzü qripdən necə qoruyaq? - TƏBİB-dən vətəndaşlara ÇAĞIRIŞ

Payız mövsümündə bir çox infeksiyalar aktivləşir. Havalar soyuduqca bədənin müqaviməti azalır və orqanizm zəiflədiyi üçün xəstəliklərə yoluxma riski də artır. ...

Gədəbəydə Birinci Qarabağ müharibəsinin şəhidi Bilal Qəhrəmanov dəfn edildi

Qalıqları Şuşa rayonunun Dəhraz kəndində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Bilal Qəhrəman oğlu Qəhrəmanovla Gədəbəy ray...