DSX Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanının nəticələri elan edildi

DSX Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanının nəticələri elan edildi

Dövlət İmtahan Mərkəzi tərəfindən 2 aprel 2023-cü il tarixində keçirilən Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanının nəticələri elan edilib.

 

DİM-dən Sfera.az-a verilən xəbərə görə, imtahanda iştirak edənlər DİM-in saytı vasitəsilə nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.

 

İştirakçılar imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 837 nəfərdən 78 nəfər imtahana gəlməyib.

 

İmtahan iştirakçılarının nəticələri Dövlət Sərhəd Xidmətinə təqdim ediləcək. Yüksək nəticə göstərmiş namizədlər DSX tərəfindən tibbi və digər yoxlamalara cəlb olunacaqlar. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan namizədlər Xüsusi məktəbə qəbul olunacaqlar.

 

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 6 aprel 2023‑cü il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 4 aprel saat 12:00-dan 5 aprel saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

 

Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, valideyndən əlavə kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Qarabağ Universitetinin tələbə yataqxanasının AÇILIŞINDA - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında i...

Türkiyə XİN: "Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur"

Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkən...

Türkiyədə sərnişin təyyarəsi uçuş-enmə zolağından ÇIXDI

Ankara-Yüksekova reysini həyata keçirən “AJet” Hava Yollarına məxsus sərnişin təyyarəsi Yüksekova Səlahəddin Əyyubi Hava Limanına endikdən sonra güc...

Uşaqları və özümüzü qripdən necə qoruyaq? - TƏBİB-dən vətəndaşlara ÇAĞIRIŞ

Payız mövsümündə bir çox infeksiyalar aktivləşir. Havalar soyuduqca bədənin müqaviməti azalır və orqanizm zəiflədiyi üçün xəstəliklərə yoluxma riski də artır. ...

Gədəbəydə Birinci Qarabağ müharibəsinin şəhidi Bilal Qəhrəmanov dəfn edildi

Qalıqları Şuşa rayonunun Dəhraz kəndində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Bilal Qəhrəman oğlu Qəhrəmanovla Gədəbəy ray...

Mahnıya görə bir-birini şantaj edən müğənniləri hansı cəza gözləyir? - AÇIQLAMA

Bəzi sənət nümayəndələri sosial mediada aşkar formada bir-birilərini təhqir, şantaj edirlər. Hətta bu cür məsələlərə məmurlar, “hacılar” da daxil ed...