Azərbaycanın ən seysmoaktiv bölgəsi bu ərazilərdir?

Azərbaycanın ən seysmoaktiv bölgəsi bu ərazilərdir?

"Ümumi hesablamalarda ən seysmoaktiv bölgəmiz Şamaxı-İsmayıllıdır".

 

Sfera.az xəbər verir ki, bunu "Kaspi"yə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.

 

Baş direktor bildirib ki, Abşeronda zəlzələ ocağı yoxdur: 

 

"Seysmoaktiv zonalarımız 8-9 ballıq zonalardır. Birinci Xəzər dənizini deyim. Deməli, Abşeron rayonunda 25 stansiyamız var. Hələ Abşeron yarımadasının özündə zəif təkan belə qeydə alınmayıb. Deməli, Abşeronda zəlzələ ocağı yoxdur. Yarımadaya təhlükə Xəzərdə olan zəlzələ ocaqlarından gəlir. Ümumiyyətlə, bütün respublikamız seysmoaktivdir. Xəzərin cənub-şərqi, şərqi, şimali-şərqi, şimal hissəsi, Xəzərin özü. Quru hissələrdə Quba, Qusar, Xaçmaz seysmoaktivdir. Böyük Qafqazın cənub şərq hissəsinə keçsək Şamaxı, İsmayıllı bütöv aktiv zonadır. Şimal-Qərb hissəmiz Şəki, Zaqatala, Balakən, Qərb hissəsi – Gəncəbasar zonası, sonra Talış dağları, Kür çökəkliyi. Naxçıvan da həmçinin. Orada da tarixən böyük zəlzələlər olub".

 

"Ən seysmoaktiv bölgəmiz Şamaxı-İsmayıllıdır. Bizim illik hesabatlarımız olur. Aktivlik xəritəsi tərtib edirik. Aktivlikdə həm ərazidə baş verən təkanların sayı, həm də onlardan ayrılan enerjinin miqdarı önəm kəsb edir. Məsələn, bir ərazidə maqnitudası 1-3 arası olan 50 təkan baş verə bilər. Başqa ərazidə 5-6 bal gücündə təkan olursa, aktivlik burada daha çox artmış olur", Qurban Yetirmişli bildirib.

 

Onun fikrincə, Azərbaycanın yeni seysmik xəritəsi tərtib olunmalıdır: 

 

"Sovet vaxtı SSRİ-yə daxil olan ölkələrin ümumi seysmik rayonlaşdırma xəritəsi tərtib olunmuşdu. O xəritəyə əsasən, Azərbaycan 7 ballıq zona hesab edilirdi. Ancaq zamanla həmin xəritədəki ölkələrdə qeyd ediləndən daha yüksək balda zəlzələlər qeydə alındı. Məsələn, 7 bal yazdıqları yerdə 9 ballıq zəlzələ olmuşdu. 1989-cu ildə SSRİ-yə daxil olan respublikalarda bu məsələyə yenidən baxdılar və göstəricilər 1 bal artırıldı. 7 idisə, 8 ballıq oldu, 8 idisə, 9. Ancaq 9 yerində qaldı. Azərbaycanı 8 ballıq götürdülər. 1991-ci ildə bizdə də belə qəbul edilib. Ancaq o xəritə bir işə yaramır. Ərazinin tədqiqatı aparılmalı, Azərbaycanın yeni seysmik xəritəsi tərtib olunmalıdır".


OXŞAR XƏBƏRLƏR

Orta məktəbdə bıçaqlanma - Yaralı var

Naxçıvanda orta məktəb şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Babək rayonu, Məm...

Təhsil almadan 11 dil öyrəndi: “Əllərimə yazaraq başladım”

Antalyanın Manavqat rayonunda yerləşən Side Antik kəndində bir zərgərlik mağazasında çalışan 56 yaşlı Cuma Turhan heç bir rəsmi təhsil almadan 11 dili öyrənməyi...

Gəncədə qəzaya uğrayan BMV evin yanmasına səbəb oldu

Gəncə şəhərində BMV markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat...

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda 3,8 maqnitudalı zəlzələ baş verib.   Sfera.az Gürcüstan mediasına istinadən xəbər verir ki, zəlzələ ölkənin şimal-şərqində qeydə alınıb. ...

"Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər" - Mirzoyan

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yaxşı xəbər ola bilər.   Sfera.az Teleqraf-a istinadən xəb...

Alça bu insanlara qəti QADAĞANDIR – ARAŞDIRMA

Turş dadı və bol C vitamini ilə tanınan bu meyvə bəzi insanlar üçün təhlükə mənbəyi ola bilər. Söhbət mövsümü meyvə olan alçadan gedir.    Mütəxəs...