Bu insanlar 1,4 trilyon dollar itirib 

Bu insanlar 1,4 trilyon dollar itirib 

2022-ci ildə dünya üzrə milyarderlərin ümumi sərvətində azalma müşahidə edilir.

 

Sfera.az xəbər verir ki, 2021-ci ilin martında 13,1 trilyon dollar olan sərvətin dəyəri 2022-ci ilin mart ayında 12,7 trilyon dollara düşüb.

 

İsveçrənin UBS bankının məlumatına görə, bu il milyarderlərin sayı əvvəlki ilin mart ayı ilə müqayisədə 87 nəfər azalıb. Araşdırmaya əsasən, ən ciddi dəyişikliklər maliyyə və investisiya sahəsində müşahidə olunub. İl ərzində bu sektorda 50 yeni milyarder peyda olub, 30-u isə bu kateqoriyadan çıxıb. Texnologiya sektorunda 41 yeni milyarder yaranıb. Araşdırmanın məlumatına görə, istehsal sektorunda milyarderlərin sayı 7 nəfər azalaraq 338-ə düşüb.

 

2022-ci ilin mart ayına olan məlumata görə, ən çox milyarder hələ də Asiya-Sakit Okeanı regionundadır. Bu regionda 1084 milyarder var. Onların sayı keçən illə müqayisədə 59 nəfər azalıb. ABŞ-dəki milyarderlərin sayı 2021-ci ildəki 724 nəfərdən bu il 735 nəfərə yüksəlib. Onların ümumi sərvəti isə 4,7 trilyon dollara çatıb.

 

Qərbi Avropada milyarderlərin sayı bir il ərzində 7 nəfər azalsa da, sərvətləri əvvəlki kimi qalıb. Avropalı milyarderlərin bank hesablarında 2,3 trilyon dollar var. UBS-in məlumatına görə, Şərqi Avropadakı milyarderlərin sayı Ukraynadakı Rusiya münaqişəsinin təsirinə məruz qalıb. Onların regionda sayı 154-dən 127-yə, ümumi sərvəti isə üçdə birdən çox azalaraq 455 milyard dollara düşüb.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

ABB-nin tərəfdaşlığı ilə “Startup World Cup” yarışması keçirildi!

Sentyabrın 19-da ADA Universitetində “Technovate-Sabah Mələk İnvestorlar Klubu” və “Pegasus Ventures” tərəfindən Azərbaycanda ilk dəfə s...

NATO Müdafiə Kollecində Azərbaycanla hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olundu

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İtaliyaya rəsmi səfəri çərçivəsində Roma şəhər...

İlham Əliyev Qarabağ Universitetinin tələbə yataqxanasının AÇILIŞINDA - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında i...

Türkiyə XİN: "Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur"

Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkən...

Türkiyədə sərnişin təyyarəsi uçuş-enmə zolağından ÇIXDI

Ankara-Yüksekova reysini həyata keçirən “AJet” Hava Yollarına məxsus sərnişin təyyarəsi Yüksekova Səlahəddin Əyyubi Hava Limanına endikdən sonra güc...

Uşaqları və özümüzü qripdən necə qoruyaq? - TƏBİB-dən vətəndaşlara ÇAĞIRIŞ

Payız mövsümündə bir çox infeksiyalar aktivləşir. Havalar soyuduqca bədənin müqaviməti azalır və orqanizm zəiflədiyi üçün xəstəliklərə yoluxma riski də artır. ...