DSX-nin zabiti Bakıda küt alətlə döyüldü

09:57 / 09.12.2022
6848
Bakının Nəsimi rayonunda dava olub, bir nəfər ağır xəsarət alıb.
Sfera.az xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.
Belə ki, Koala Parkının qarşısında sürücülər bir-birinə yol vermədiklərinə görə mübahisə düşüb. Mübahisə daha sonra davaya çevrilib.
Nəticədə 1988-ci il təvəllüdlü Əbilov Vurğun İdris oğlu küt alətlə döyülüb.
O, xəstəxananın neyrocərrahiyə şöbəsinə yerləşdirilib.
Onun yaxınları APA-nın əməkdaşına bildirib ki, V.Əbilov Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayorudur və "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.