Ailə başçısı qadın olanda xərclər artır - Müqayisə

Ailə başçısı qadın olanda xərclər artır - Müqayisə

Ev təsərrüfatlarının tədqiqi göstərir ki, Azərbaycanda ailə başçısı qadın olduqda adambaşına düşən istehlak xərcləri təxminən 4 faiz artır. 


 

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ev təsərrüfatlarında ay ərzində adambaşına düşən xərc başçı kişi olduqda 361 manat, qadın olduqda isə 376 manat təşkil edib.

 

Qadın başçı olduqda aylıq xərclər adambaşına orta hesabla 15 manat artır. 


Bəs qadın başçı olduqda hansı xərclərdə artım, hansılarında isə azalma baş verir?


Tədqiqat göstərir ki, qadın başçı olduqda daha çox ərzaq məhsullarına çəkilən xərc artır. Ərzaq xərcləri 11 manat artaraq adambaşına 167 manatı ötür. 


Digər xərclərdən səhiyyə xərcləri 2,2 manat artaraq 20,8 manata, paltara xərclənən pul 1,5 manat artaraq 22,4 manata, komunala çəkilən xərc 1,4 manat artaraq 29,8 manata, ev əşyalarına çəkilən xərc 1,3 manat artaraq 28,7 manata, mehmanxana, kafe və  restoran xidmətlərinə çəkilən xərc 1,1 manat artaraq 26,5 manata yüksəlib. 

 

Qadın başçı olduqda bəzi xərclər azalır. O cümlədən alkoqollu içkilərə, tütün məmulatlarına, nəqliyyat xidmətinə çəkilən xərclərdə azalma baş verir. 


Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...