Boğaz ağrısı ilə başlayır, qripə keçir, sonra isə... - Həkim yayılan xəstəlikdən DANIŞDI

Boğaz ağrısı ilə başlayır, qripə keçir, sonra isə... - Həkim yayılan xəstəlikdən DANIŞDI

Yəqin ki, bu günlərdə hər kəsin ətrafında yüksək hərarət, öskürək, boğaz ağrısı, ürəkbulanma kimi əlamətlərlə xəstələnən biri var. Xüsusilə günlərlə düşməyən, bəzən 39-40 dərəcəyə qədər yüksələn qızdırma insanlarda ciddi narahatlıq doğurur.

 

Bəs bu xəstəlik nədir?

 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən terapevt Günay Lətifova bildirib ki, hazırda cəmiyyətdə soyuqdəymə hallarının sürətlə artdığı müşahidə olunur. Onun sözlərinə görə,  xəstələr arasında 39-40 dərəcəyə qədər yüksələn hərarət, boğaz ağrısı, qrip simptomları və ümumi halsızlıq kimi əlamətlər geniş yayılıb:

 

“Lakin bu halların hər hansı bir pandemiya, konkret virus və ya bakterial infeksiya ilə əlaqəli olduğunu göstərən statistik sübut hələlik mövcud deyil. Buna baxmayaraq, son dövrlərdə havaların qeyri-sabit keçməsi və buna uyğun geyim tərzinin düzgün seçilməməsi insanlarda xəstələnmə hallarının artmasına səbəb olur”.

 

 

Günay Lətifova: Vaxtında müraciət olunmayanda sadə bir narahatlıq daha ciddi xəstəliklərə yol aça bilər

 

G.Lətifova qeyd edib ki, adətən bu hallar boğaz ağrısı ilə başlayır, sonra qripə keçir və vəziyyət getdikcə ağırlaşır.

 

Terapevt insanların əksəriyyətinin bu simptomlarla qarşılaşdıqda evdə özlərini müalicə etməyə çalışdığını təəssüflə bildirib. Əlavə edib ki, bu, bəzən xoşagəlməz nəticələrə, xüsusilə də dərman zəhərlənmələrinə səbəb olur.

 

Həmsöhbətimiz izah edib ki, insanlar həkim məsləhəti olmadan dərman qəbul edir, sistemlər qoşur və ya başqasına kömək edən vasitəni özləri üçün də uyğun hesab edirlər:

 

“Nənə-babalarımızın dövründə insanlar bitkilərlə, təbii üsullarla sağalmağa çalışırdılarsa, bu gün əksəriyyət dərmanlara üz tutur. Halbuki, məsələn, virus mənşəli xəstəliklərdə antibiotiklər təsirli deyil, çünki antibiotiklər yalnız bakteriyalara qarşı effektivdir. Bu cür səhv yanaşmalar orqanizmdə əks təsirlərə, bəzən isə ağır allergik reaksiyalara və şok vəziyyətlərinə səbəb ola bilir”.

 

Müsahibimizin dediyinə görə hazırda belə hallar artıb və insanlar “müayinə olmadan müalicə” yolunu seçir. Bu isə həkim tövsiyəsi olmadan qəbul edilən dərmanların fəsadlarını artırır.

 

G.Lətifova vurğulayıb ki, hava şəraitinin dəyişkənliyi nəzərə alınaraq geyim tərzinə xüsusi diqqət yetirilməli, bədənin dincəlməyinə şərait yaradılmalı, çoxlu maye və meyvə qəbul edilməlidir.

 

“Hər hansı bir narahatlıq hiss etdikdə, mütləq ailə həkimi və ya terapevtlə əlaqə saxlanmalı, onlardan məsləhət alınmalıdır. Həkim göstərişi olmadan heç bir dərman, sistem və ya hətta adi tabletka belə qəbul edilməməlidir.

 

Unutmayaq ki, düzgün və vaxtında müraciət olunmayan hallarda sadə bir narahatlıq daha ciddi xəstəliklərə yol aça bilər”,- deyə Günay Lətifova qeyd edib.


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...