"Bu şəxslər erkən yaşda pensiya kapitalını götürə bilər" - AÇIQLAMA

"Bu şəxslər erkən yaşda pensiya kapitalını götürə bilər" - AÇIQLAMA

Pensiya kapitalından istifadə imkanları son dövrlər ən çox müzakirə edilən mövzulardandır. Bununla bağlı fərqli dövlətlərdə müxtəlif modellər tətbiq olunur. 

 

Bəs, hansı hallarda pensiya kapitalından istifadə oluna bilir? 

 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı danışan Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycanda dünyasını dəyişən şəxsin pensiya kapitalından bir sıra hallarda vərəsələrinin istifadəsinin nəzərdə tutulduğunu deyib. 

 

 

Onun sözlərinə görə, hazırda mövcud qanunvericiliyə əsasən vəfat etmiş ailə başçısının öhdəsində olan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ var:

 

"Belə ki, vəfat etmiş şəxslərin 18 yaşına çatmamış,18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs və ya təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək, övladları bu hüquqdan yararlana bilirlər. Eyni zamanda, ata, ana, ər, arvad pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə, yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə də bu hüquq şamil olunur".

 

Deputat bu istiqamətdə qanundakı son dəyişikliyi də nəzərə çatdırıb:

 

“Əmək pensiyaları” haqqında Qanuna əsasən, vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. 

Qanunvericiliyə edilən yeni dəyişikliklərə əsasən, vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır".

 

Firuzə Əliyeva

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...