Ağdərədə ermənilər Azərbaycan kolonuna hücum etdi

Hadisə
22:42 / 04.12.2022
25037
Bu gün Rusiya sülhməramlılarının müşayiəti ilə Tərtər-Kəlbəcər marşurutu ilə hərəkət edən Azərbaycan kolonuna ermənilər tərəfindən hücum olub.
Təxribat ermənilər tərəfindən törədilib.
Belə ki, hərəkət zamanı kolon texniki problem səbəbindən dayanıb. Bu zaman ətrafda olan ermənilər tərəfindən azərbaycanlılara qarşı təhqiredici və zorakı hərəkətlər törədilib.
Erməni mənbələrinin bildirdiyinə görə azərbaycanlının minik avtomobilinə də ziyan dəyib.