Qərb bölgəsinin dağlıq rayonlarında avtomobil yolları buz bağladı

Qərb bölgəsinin dağlıq rayonlarında avtomobil yolları buz bağladı

Qərb bölgəsinin dağlıq rayonlarında qarlı və dumanlı hava şəraiti müşahidə olunur, yüksək ərazilərdə isə avtomobil yolları buz bağlayıb.

 

Sfera.az-ın məlumatına görə, Göygöl, Daşkəsən, Şəmkir və Gədəbəy rayonlarında müşahidə olunan qarlı və dumanlı hava şəraiti səbəbindən bəzi avtomobil yollarında nəqliyyatın hərəkəti qismən çətinləşib.

 

Dekabrın 3-dən müşahidə olunan yağıntılı hava şəraiti nəzərə alınaraq aidiyyatı qurumlar tərəfindən yollara qum səpilir, avtomobillərin hərəkətini təmin etmək üçün lazımi işlər aparılır.

 

Yollarda böyük tıxacların yaranmaması və avtomobil qəzalarının baş verməməsi üçün Dövlət Yol Polisinin əməkdaşları da ərazilərə cəlb olunub və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin bərpa edilməsi üçün tədbirlər görülür.

 

 


OXŞAR XƏBƏRLƏR