Sumqayıtda iki azyaşlı yanaraq ÖLDÜ

Hadisə
15:22 / 04.12.2022
11754
Sumqayıtda iki azyaşlı yanaraq ölüb.
Sfera.az xəbər verir ki, hadisə şəhərin Xəzər bağları yaşayış massivində qeydə alınıb. Belə ki, fərdi yaşayış evlərinin birində baş verən yanğın zamanı 2017-ci il təvəllüdlü Sübhan Abbasov və 2021-ci il təvəllüdlü Dərya Quliyeva yanaraq ölüb.
Hər iki uşağın meyiti aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.