Ötən sutka 8 nəfər xilas edilib - VİDEO

Ötən sutka 8 nəfər xilas edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

 

Sfera.az nazirliyin saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 27 yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 8 nəfər, o cümlədən Yevlax şəhərində “Mercedes” və “BA3” markalı iki minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib, yanğın zamanı 12 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənib, 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

 

 

 


OXŞAR XƏBƏRLƏR

Şərurlu İsfəndiyar 1 milyon uduzdu

İş adamı Süleymanov Rəşid Qoşnalı oğlu ilə "Şərur” MTK arasındakı məhkəmə prosesi yekunlaşıb.   Sfera.az-ın Modern.az-a istinadən məlumatı...

"Müharibənin bitməsi üçün tək atəşkəs yetmir"- Lavrov

Rusiya xarici işlər naziri Sergey Lavrov “The International Affairs” jurnalında dərc olunan “Rusiya və Vyetnam: 75 illik dostluq, etimad və qa...

Su borcunu tam ödəyə bilməyənlərə hissəli ödəniş imkanı yaradılıb - VİDEO

Su borcunu tam ödəyə bilməyənlərə hissəli ödəniş imkanı yaradılıb.   Sfera.az xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və...

Sel təhlükəsi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ – FOTO

Azərbaycanda yağan güclü yağışlar nəticəsində transsərhəd və ölkənin əksər yerli çaylarında sululuq səviyyəsi artıb.   Sfera.az xəbər verir ki, ...

Hindistan-Pakistan münaqişəsində günahkar Rusiyadır? - AÇIQLAMA

Rusiya-Ukrayna müharibəsi müharibə yalnız Avropada deyil, digər geosiyasi bölgələrdə də güc balansını dəyişdirərək müxtəlif tərəflərin daha sərt mövqelər nümayi...

Boğaz ağrısı ilə başlayır, qripə keçir, sonra isə... - Həkim yayılan xəstəlikdən DANIŞDI

Yəqin ki, bu günlərdə hər kəsin ətrafında yüksək hərarət, öskürək, boğaz ağrısı, ürəkbulanma kimi əlamətlərlə xəstələnən biri var. Xüsusilə günlərlə düşməyən, b...